Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Mar

    Dəyərli jurnalist, yazıçı, şair “Yeni Tərtər” qəzetinin baş redaktoru, çox hörmətli Tofiq Yusif!
    Biz Qəbələ yazarları və ziyalıları sizin baş redaktor olduğunuz “Yeni Tərtər” qəzetinin ardıcıl sayları ilə tanış olub məlumatlanırıq. Yazılan yazılar bizləri maraqlandırır. Çoxsaylı, hərtərəfli məlumatları maraqla oxuyuruq. Bunlara görə biz qəbələlilər sizə və redaksiya heyətinə səmimi təşəkkürümüzü bildiririk.
    İstərdik sizin qəzetinizin bir sayında bizləri yazılarımızla qonaq edəydiniz. Əvvəlcədən minnətdarlığımızı bildirik.
    Hörmətlə: Qəbələ rayon yazarlarından bir qrup.

                                                                                             Kamil Məmmədov

    Kamil Seyid oğlu Məmmədov 1931-ci ildə Qəbələ rayonunda anadan olub. Orta məktəbi qızıl medalla bitirib. 1956-cı ildə Leninqrad Texnologiya İnstitutunun mexanika fakültəsini fərqlənmə diplomu ilə başa vurub. Ərzaq məhsulları sənayesi nazirliyində, Respublika Nazirlər Sovetində məsul vəzifələr tutub. Ət-süd sənayesi nazirinin müavini işləyib. Uzun illər yeyinti sənayesi naziri olub. Daha sonra aqrar sənaye komitəsi sədrinin birinci müavini, taxıl məhsulları dövlət şirkətinin prezidenti olub. Respublikanın “Əməkdar Mühəndis”idir.
    Dəfələrlə Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib.
    Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. “Yaşadıqlarım” kitabının müəllifidir.

                                                                                             DÜŞÜNCƏLƏ

    Oldum bu dünyayla baş-başa,

    Çətin ala bildim istəyimi.

    Həyatım bəzən oxşadı qışa,

    İsidə bilmədim heç ürəyimi.

    Qəlbimdən keçəni edə bilmədim

    Heç olmasa bir dəfə vətənə gəlim.

    Sizi ancaq unuda bilmədim,

    Həsrətlə sızladı ürəyim mənim.

     

    Bəzən titrədim,  bəzən  duruxdum

    Enişli, yoxuşlu yollarımda mən.

    Arzuma çatmaq istəyimlə vurnuxdum,

    Həmdəm oldun mənə, mübarizəm, sən.

     

    Taleyim beləymiş , nədir faydası,

    Küsüb  inciyirəm  özüm-özümdən.

    Dərdimi söylədim, sanki ürək yarası,

    Şikayətlənmə artıq keşməkeşli ömürdən.

    Gördüm dünyanın hər üzünü,

    Eşitdim  insanların  yalanını, düzünü.

    Dinləyirəm, həyat, de sözünü,

    Qalacaqmısan belə, aç  üzünü!?

    Deyiləm artıq  təlaş keçmişimdən,

    Keçibdir artıq həyata arzularım.

    Həzz alıram nəvələrdən, nəticələrdən,

    Fərəhdir, arxadı mənə övladlarım.

     

    Olmayıbdır uşaqlığımda oyuncağım,

    velosipedim,

    Böyüdüm mən kotançı qoynunda.

    Gəzirəm indi “Toyota”da, neyləyim?

    Olmamış yenə də velosipedim  uşaqlığımda.

    Bitib tükənməzdir sözlərim, ancaq,

    Gedirəm əvvəlki düz yolumu.

    Əminəm , irsim sizlərə qalacaq,

    Çin eyləyəcəksiniz bütün arzumu.

     

    Enişli yoxuşlu yollara düşdüm,

    Onlar heç də hamar olmadı.

    Yaxşı yadımdadı, gəzməyə getdim,

    Dondurma almağa pulum olmadı.

    Bəsdir, Kamil, andın keçmişləri,

    Neyləyim, doludur ürəyim xatirələrlə,

    Seçib onlardan ancaq nikbinləri

    Ötürmək istədim, bölüşdüm sizlərlə.

    Müəllif: Redaktor, 16:23

İsmarıclar bağlıdır.