Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Mar

                                                      YÜKSƏK BƏŞƏRİ İDEYALAR TƏRƏNNÜMÇÜSÜ

    Dünyada nə qədər kitab var belə.,

    Çalışıb, əlləşib gətirdim ələ.

    Oxudum, oxudum sonra da vardım,

    Hər sirli xəzinədən bir dürr çıxardım.

    Nizami Gəncəv

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan şairi, dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.  
    Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaratmışdır. Yaxın və orta Şərq fəlsəfi-ictimai və bədi-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də burada ərsəyə gətirmişdir.
    Mütəfəkkir şair çox sayda davamçılarından ibarət olan böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi simalardan biri də Nizamidir. Böyük şairin zəngin yaradıcılığı qədim tarixə ma-lik Azərbaycan mədəniyyətinin inkişafında parlaq bir mərhələ olmuşdur. Nizami öz əsərləri ilə Şərq ictimai bədii fikrində yeni bir səhifə açmışdır. Nizami dühası hər zaman dünya Şərqşunaslığının diqqət mərkəzində olub. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində böyük işlər görülmüş, Nizaminin ədəbiyyatımızda və incəsənətdə yaddaqalan obrazları yaradılmışdır.
    Nizami Gəncəvinin yubileyləri hər zaman təntənə ilə keçirilib. Ümummilli Lider Heydər Əliyev də Nizami irsinə böyük diqqət yetirib. 1981-ci ildə ulu öndərin bilavasitə təşəbbüsü ilə 840 illik yubiley mərasimi də ölkəmizdə mədəni həyatın əlamətdar hadisəsinə çevrilib.
    Nizami ədəbiyyatımıza əsrlər boyu məhəbbətlə izlənilən bu gün belə öz hə-yatı əhəmiyyətini itirməyən ölməz ənənələr gətirmişdir. Onun yeni məzmunlu lirik şeirləri və “Xəmsə”adı ilə şöhrətlənən poemaları dünya ədəbiyyatı xəzinəsini bəzəyən nadir incilərdəndir. Öz yaradıcılığı ilə şeirə yeni ruh verib onu sarayların məngənəsindən qurtararaq, ümumxalq sərvətinə çevrilmiş bir sənətkardır. Nizami yaradıcılığı fikir və düşüncə baxımından zəngin bir ümmandır. Mayası elm və ürfan, qayəsi insana və dünyaya məhəbbət olan əsərlərində yerlərin və göylərin sirlərini öyrənməyə, dərk etməyə çalışan bir şəxsiyyətdir.
    Hələ “Xəmsə”nin ilk əsəri olan “Sirlər xəzinə-si”ndə (1147) söz sənətinin təsiredici qüvvəsindən müasirlərini mənən təmizliyə çağırmaq kimi bəşəri bir məqsəd üçün faydalanan şair mütərəqqi problemlərə toxunmuş, yüksək bəşəri ideyalar tərənnüm etmişdir. Şairin Şərq şeirinə gətirdiyi belə ölməz ideyalar “Xəmsə”nin ikinci poeması “Xosrov və Şirin” (1181) əsərində daha geniş, daha vüsətli, daha aydın şəkildə ifadə olunmuşdur.
    Nizami bu poemada insan eşqinin qüdrət və əzəmətini göstərmiş, məhəbbətin dərin, ictimai mənasını şərh etmişdir. Poemanın Azərbaycan xalqının tarixi ilə səsləşən maraqlı məzmunu vardır. Azərbaycan ədəbiyyatı tarixində ilk mənzum roman olan bu əsər Sasani hökmdarlarından Xosrov Pərvizlə Bərdə hakiminin vəliəhdi gözəl Şirin arasındakı məhəbbət haqqındadır. Şairin söz sənəti və eşq haqqındakı mülahizələri, bədii əsərin gözəlliyini şərtləndirən xüsusiyyətlərdən, şeir, sənət aləminin ülviliyindən söz açması bu əsərin dəyərini daha da artırmışdır.
    Onun “Yeddi Gözəl” (1197) poemasında da həyat və insan, tarix və müasir dövr, padşah və cəmiyyət kimi mövzular ətrafında zəngin, rəngarəng düşüncə və baxışlar öz əksini tapmışdır. Bu əsərdə şairin istəyi Sasani hökmdarının simasında yeni insan idealını əks etdirmək olmuşdur. Poema intibah dövrünün münasibətlərini əks etdirən bir əsərdir.
    Nizami otuz illik elm və bədii axtarışının məntiqi yekununu “İskəndərnamə” (1203) poeması ilə başa çatdırmışdır. Poema tarixi mövzuda olsa da şair tarixi materiallara səthi yanaşmış iki-üç vərəq İskəndərin cahangirlik tarixini təsvir etmişdir. Poemada ədəbi bəşəri problemlər qoyulmuşdur. Keçmişə, bu günə və sabaha hümanist intihab ziyalısının gözü ilə baxan Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik fikrinin zirvəsində dayanır.
    Nizami sənətinin böyüklüyü və onun estetik idealının ülviliyi sonrakı əsərlərdə də Azərbaycan ədəbiyyatının inkişafına güclü təkan vermiş, bu böyük dahi tərəfindən müəyyən edilmiş hümanizim və demokratizim prinsipləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta Şərq, eləcə də bir sıra Qərb ədəbiyyatında humanist meyillərin yaranmasına səbəb olmuşdur.
                                                                                                                            Şəhla Muradova,
                                                         R.Kərimov adına Sarov kənd tam orta məktəbinin

                                                                                 Azərbaycan dili və Ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 09:24

İsmarıclar bağlıdır.