Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Mar

    Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2008-ci il 7 aprel tarixli Sərəncamına əsasən hər il martın 10-u Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur.
    Humanizm və xeyriyyəçilik anlayışlarının kökləri qədim dövrlərə, təmənnasız könüllü fəaliyyətin əsasən ehtiyacı olanlara kömək göstərilməsi ilə məhdudlaşdığı vaxtlara gedib çıxır. Müasir dövrümüzdə bu anlayışların hər biri özlüyündə daha geniş məna daşımaqla cəmiyyətin sosial rifahı naminə bütün təmənnasız könüllü fəaliyyət növlərini əhatə edir. Humanitar və xeyriyyəçilik dəyərlərini özündə təcəssüm etdirən Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri, general-leytenant Əliağa Şıxlınskinin təşəbbüsü ilə təsis edilmişdir. Lakin 1920-ci ilin aprelində Azərbaycanda sovet hökuməti qurulduqdan sonra Qızıl Aypara Cəmiyyətinin də fəaliyyəti dayandırılmışdır. 1923-cü ildə yenidən yaradılan qurum 1991-ci ilə kimi özünəməxsus tarixi yol keçən cəmiyyət ölkəmizdə xeyirxah ideyaların reallaşmasına mühüm töhfələr vermişdir.
    Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə ikinci qayıdışından sonra Qızıl Aypara Cəmiyyəti yeni inkişaf dövrünə qədəm qoydu və qurumun fəaliyyətində yeni mərhələ başlandı. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə cəmiyyət ölkəmizdə rəsmi humanitar təşkilat kimi tanınmış, 1995-ci il noyabrın 27-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının tam bərabərhüquqlu və daimi üzvü qəbul edilmişdir. Qeyri-hökumət təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti dövlətin qayğısı əhatəsində fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haq-qında” 2004-cü il 31 yanvar tarixli, “Qızıl Aypara Gününün təsis edilməsi haqqında” 2008-ci il 7 aprel tarixli Sərəncamları cəmiyyətin fəaliyyətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsidir. Sərəncamlara əsasən cəmiyyətin maddi-texniki bazası yaxşılaşdırılmış, icra hakimiyyəti və özünüidarəetmə orqanlarının cəmiyyətin yerli təşkilatlarının sosial, tibbi sağlamlıq və xeyriyyəçilik proqramlarının həyata keçirilməsinə köməklik göstərməsi təmin edilmişdir. AzQAC-ın Tərtər rayon bölməsi də öz növbəsində könüllülərlə birlikdə imkansız ailələrə yardımlar edib. 44 günlük müharibə dövründə sıgınacaqlarda qalan 330 nəfərə yataq dəstləri paylamış onları yeməklə sığınacaqda ehtiyac olan əşyalarla təmin etmişdi. Müharibə dövründə və muharibədən sonra da evləri dağılmış ailələrə çadırlar, yataq dəstləri, geyimlər, 200 bağlama ərzaq, az təminatlı ailələrə 2 ton qurban əti paylanmışdır.
                                                                                                                                     Etibar Heydərov,
                                                                                          AzQAC Tərtər Rayon bölməsinin Sədri

     

    Müəllif: Redaktor, 09:32

İsmarıclar bağlıdır.