Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar


    Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarləığa layiqdirlər.

                                                                                    (Heydər ƏliyevÜmummilli Lider)

    Dünya şeiriyyatının günəş tək nur saçan müdrik siması, şərq poeziyasının ecaskar qüvvəsi, Azərbaycanın bəşəriyyətə bəxş etdiyi tarixi şəxsiyyət, bütün dövrlərin şairi – Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci il Prezident İlham Əliyevin sərəncamına əsasən “Nizami Gəncəvi İli” elan olunmuşdur.
    Yazılı mənbələrdə Nizami Gəncəvi haqqında məlumat az olsa da, onun əsərlərindən onun haqqında ətraflı məlumat almaq mümkündür. Dahi şairimizin mənalı ömür yolu Gəncə şəhərində başlayır. Nizami Gəncəvi 1141-ci ildə Gəncədə dünyaya göz açmışdır. 1169-cu ildə Dərbənd hökmdarı Nizamiyə Afaq adlı kəniz göndərir və şair onunla evlənir. 1174-cü ildə Məhəmməd adlı oğlu dünyaya gəlir, həmin ildə Afaq vəfat edir. Və Gövhər adlı qadınla evlənir. Nizami dünya ədəbiyyatı tarixində 5 poemadan ibarət “Xəmsə” müəllifi kimi məşhurdur.
    1176-1203-cü illər ərzində “Sirlər Xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” poemalarını yazmışdır. Hümanist şair kimi şöhrət qazanan Nizaminin əsərlərində bütün nəsillərin mənəvi dünyasına işıq saçaraq böyük tərbiyəvi əhəmiyyət kəsb edən əsərlər yazmışdır.
    Səadət kamalla yetişir başa
    Xalqa hörmət elə, ədəblə yaşa
    Nizami yaradaıcılığı bilik və kamillik yolu ilə zamanın axarını dəyişməyə çalışmışdır.
    Qüvvət elmdədir, başqa cür heç kəs
    Heç kəsə üstünlük eyləyə bilməz.
    Nizami yaradıcılığı ona görə dəyərlidir ki, onun nəsihətamiz ifadələri, mənəvi dəyərləri ibrətlik obrazları ən çətin zamanlarda insanlarçün ümid işığına, inkişafa yol göstərməkdə kömək olur.
    Həm hünər göstərmək, həm də mal uçun
    Çalışmaq bir borcdur istiqbal uçun .
    Görkəmli mütəfəkkir əsərlərində problemlə yanaşı, problemin həllini də göstərmişdir. Çox zaman problemin həllini yeni elmi biliklərə yiyələnməkdə görür. Bunun nəticəsidir ki, ömrü boyu yeni biliklər öyrənərək “hər şeyi kamil bilən adam”, həkim adlandırılmışdır.
    Bir inci saflığı varsa da suda
    Artıq içiləndə dərd verir o da
    Dahi şairimiz Nizami Gəncəvinin əsərlərindən süzülüb gələn xeyirin–azərbaycanlıların, şər-ermənilərin üzərində qələbəsi “Vətən müharibəsində” öz əksini taparaq reallığa çevrilmişdir. Yaradıcılıq nümunələri dünyanın ən yaxşı muzeylərində, kitabxanalarında saxlanılan Nizaminin əsərlərini Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Cəbrayıl və Laçınımızda şagirdlərimizə tədris edəcəyimizçün çox xoşbəxtik.
                                                                                                                           Nərmin Ağayeva,
                                                               Rizvan Nəbiyev adına Soyulan kənd tam orta

                                                              məktəbin Azərbaycan dili və ədəbiyyat müəlimi

    Müəllif: Redaktor, 08:21

İsmarıclar bağlıdır.