Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

    Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: Kosa torpağın rəmzidir, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa-torpaq ölmür, dirilir, təbiət oyanır. Axı, hər şeydən əvvəl bu şənlik əkinçilik bayramını əks etdirmək üçündür. Yazın gəlişiylə Kosa dirilir.
    Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obraz-ardan istifadə olunub. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər.
    Ümumiyyətlə, hazırda Novruz bayramı otuzdan çox xalq tərəfindən qeyd edilsə də, onun ənənələri ən dərin və düzgün şəkildə məhz Azərbaycanda qorunub, saxlanılır. Buna nümunə kimi bizim Novruz mərasimlərinin başlıca atributlarından olan “Kosa-kosa” tamaşasını göstərmək olar. Bu tamaşa yalnız Azərbaycan Novruzuna mənsubdur. Onun indi göstərilən variantında Kosa ilə Keçəl sanki zarafatlaşırlar. Ancaq tamaşanın qədim formasında onlar bir-biri ilə mübarizə aparırdılar.
    Tamaşanın Cənubi Azərbaycanda mövcud olan variantlarından birində qara paltar geyinmiş Keçəl qışın, qaranlığın, şər qüvvələrin simvoludur. Keçi dərisindən kürk geyinmiş Kosa isə yayı, istini, bərəkəti və işıqlı qüvvələri təmsil edir. Əlində qara bayraq fırladan Keçəl müxtəlif qorxunc hərəkətlər edərək sanki uçur. Bununla da o, dünyada öz hökmranlığını göstərmək istəyir. Soyuqdan donan Kosa isə ətrafdakı odun parçalarını bir yerə toplayaraq, tonqal qalamaq istəyir. Keçəl hər vəchlə ona mane olmağa çalışır. Ancaq, nəhayət, Kosa tonqalı alovlandıra bilir. Şər qüvvələr işıqdan, oddan qorxduqlarına görə Keçəl qaçıb yaxınlıqdakı divarın arxasında gizlənir. Kosa gedib onu vurub “öldürür” və əlindəki qara bayrağı da alıb tonqalın üstünə ataraq yandırır. Ətrafdakı insanlar da tonqalın başına toplanaraq, isinməyə və şənlənməyə başlayırlar”.

    Müəllif: Redaktor, 08:39

İsmarıclar bağlıdır.