Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

                                                                                     Duzlu kökə yemək.
    Axır çərşənbə axşamı gec yatırlar. Yatanda isə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib, su içmirlər. Gecə yuxuda sənə içməyə kimsə su verir. İnanclara görə həmin su verən adam yuxu görənin qismətidir.
                                                               Qulaq falı.
    İlaxır çərşənbədə qulaq falına çıxarlar. Qulaq falında hər kəs ürəyində bir arzu tutur və sonra hər hansı bir evin qapısını pusur.Əgər yaxşı sözlər eşitsə, deyilir arzusu yerinə yetəcək, amma əgər ürəkaçmayan sözlər eşitsə, arzusu bu il yerinə yetməyəcək.
                                                              Sevgilinin adı.
    Paltara sap ilişəndə onu burub şəhadət barmağına dolaya-dolaya əlifba sırası ilə hərfləri sadalayırlar. Hansı hərfi deyəndə sap dolanıb qurtarırsa, sevgilinin adı o hərflə başlayacaq.
                                                                                              Alma falı.
    Axır çərşənbədə alma yeyirlər, gecə isə həmin almanın toxumlarını sayırlar. On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırsan və yuxuda qismətini görürsən.
                                                                                              Xeyir-Şər.
    Ürəyində bir niyyət tutursan və naməlum sayda çöpləri düzüb, “xeyir”, “şər” deyib sayırsan. Əgər axırıncı çöp “xeyir” olarsa, məqsədinə çatacaqsan. “Şər” olarsa, ürəyində tutduğun arzuya nail ola bilməyəcəksən
                                                                                           Başmaq falı.
    Axır çərşənbə axşamı qız ayağının sağ başmağını tutub qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üz üstə qapıya tərəf düşsə, həmin qız bu il nişanlanacaq
                                                                       Sap falı.
    Axır çərşənbədə nişanlanmış qızın nişanlısı tərəfindən nə qədər istənilməsini yoxlamaq üçün sapa bir neçə dəfə düyün vurub qıza verirlər ki, açsın. Qız aça bilsə, deməli, oğlan onu çox istəyir. Əgər aça bilməsə, deməli, əksinə.

     

    Müəllif: Redaktor, 08:55

İsmarıclar bağlıdır.