Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

    Novruz təzə gün deməkdir. Yəni təzə gün, ilin başlanğıcı yaz ayının gəlişi deməkdir. Novruzun yaranma tarixi ibtidai icma quruluşunun inkişaf edən mərhələsilə bağlıdır.
    Bəzi mənbələrdə Novruzun Babilistanda eradan əvvəl 3-cü minillikdə keçirildiyi bildirilir. Novruz şimal yarımkürəsində astronomik yazın başlanğıcı-gecə ilə gündüzün bərabərliyi qovuşuğunda icra edilən ən qədim xalq bayramıdır.
    Elmi araşdırmalar Novruz bayramının tarixini çox əski çağlarla – Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər.
    Novruz artıq bütün müsəlman aləminə aid bayramdır. Müsəlmanlar bu bayramı Həzrəti Əli ilə bağlayır və qəbul edir. Novruz türklərdə yaransa da sonrakı mərhələdə bütün Şərq xalqlarına yayılıb. Həzrəti Əlinin Novruz adlı bir gənc dostunun olduğunu nəql edilir. Maraqlıdır ki, digər müsəlman xalqları bu bayrama Əli bayramı deyir. Hansı torpaqda müsəlman inancı olan insanlar yaşayırsa ta qədimdən bu bayramı icra edirlər, bu bayram onların adət-ənənələrinə qarışıb.
    Novruz bayramına qədər dörd çərşənbə qeyd edilir: su, od, yel və torpaq çərşənbələri. Bu çərşənbələr bürcləri özündə birləşdirən ünsürləri bildirir, insanın 4 ünsürdən yaradılışını simvollaşdırır.
    Novruz günü bütün evin əşyaları bayıra, havaya çıxarılmalıdır. Yuyulmalıdır, paka çıxarılmalıdır. Bütün küsülülər barışmalıdır. Bayram aşı bişəndə bütün qonşular bir-birinə qonaq gedir, o nemətdən bir yerdə dadmalıdırlar. Hər süfrədə bərəkət rəmzi olan səməni olmalıdır.

     

    Müəllif: Redaktor, 09:20

İsmarıclar bağlıdır.