Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Noy

    IMG-20151112-WA0016Şikar Şikarov adına 5 saylı tam orta məktəbdə Dövlət Bayrağı Gününə həsr olun-muş tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Arzu Babayeva açıb, Dövlət Bayrağı haq-qında ətraflı məlumat verib. Bayrağımıza uyğun olaraq üçrəngli geyinən şagirdlər Dövlət Bayrağını təntənəli şəkildə səhnəyə gətiriblər. Azərbaycanın Dövlət Himni səslənib və bütün tədbir iştirakçıları tərəfindən ifa olunub.
    Aparıcılar VIII sinif şagirdi Orxan Mustafazadə və VI sinif şagirdi Lalə İsmayılova Azərbaycan Res-publikasının Dövlət Bayrağının təsis olunması, tarixi haqqında danışıblar.
    Məktəbin istedadlı şagirdləri Könül İsmayılova, Tufan Mustafazadə, Adilə Nuruyeva, Rəvanə Əliyeva, Rəhimə İsmayılova, Natəvan Behbudova, Məryəm İsmayılova, Arzu Məmmədova, Aysu Haqverdiyeva, Nərminə Quluzadə Azərbaycan dövlətçiliyini, Azərbaycan Bayrağını tərənnüm edən şeirlər söyləyiblər.
    VIIIA sinif şagirdlərinin ifasında hazırlanmış səhnəcik, VIIIB sinif şagirdlərinin ifasında ədəbi-musiqili kom-pozisiya tədbir iştirakçılarında əsl bayram əhval-ruhiyyəsi yaradıb.
    Məktəbin şagirdlərindən Fəridə Ağazadənin, Canan Hüseynzadənin Rəqsanə Məmmədzadənin və XI sinif şagirdlərinin ifasında səslənən mahnılar Vətən sevgisini təlqin edib.
    Ölkənin, idman arenasında nailiyyətlər qazanmış məktəbin VI sinif şagirdi Fərid Qəhrəmanzadənin və I sinif şagirdi Polad Aslanovun iştirakı ilə bir qrup gənc idmançının nümunəvi idman çıxışları bayram iştirakçılarına gözəl töhfə olub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:26

    Teqlər:

İsmarıclar bağlıdır.