Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar

    Ali Baş Komandan Cənab İlham Əliyev martın 16-da Şuşa şəhərində səfərdə olarkən bildirib ki, erməni vandalları işğal nəticəsində bütün bina və məscidləri dağıdıb, məscidlərdə heyvan saxlayıblar. Müqəddəs abidələrimizi, su elektrik stansiyalarını dağıdıblar. Dağlıq Qarabağın qədim azərbaycanlı kəndlərindən olan Tuğ kəndini də viran ediblər. Pənahəli Xanın sarayını, digər tarix-memarlıq komplekslərini işğal zamanı dağıdıb viran ediblər.

    Cənab prezident vurğulayıb ki, dünya tarixində buna oxşar vəhşiliklər bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidələrini dağıdasan.

    Bütün dünyanın bu vəhşilikləri daha aydın görməsi üçün işğaldan azad edilmiş ərazilərə dəfələrlə dövlətimiz tərəfindən xarici mediya və diplomatik korpus nümayəndələrinin, hərbi attaşelərin səfərləri təşkil edilmişdir.
    Çünki, bütün həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər.

    Dövlət başçımız cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində artıq torpaqlarımız işğaldan azad edilmiş və azad edilmiş ərazilərdə quruculuq işlərinə başlanmışdır. Bərpa quruculuq işlərinə yerli şirkətlərlə yanaşı, nüfuzlu xarici şirkətlər, xüsusən də qardaş Türkiyə dövlətinə məxsus şirkətlər də cəlb olunmuşdur.

    Bərpa quruculuq işlərində Qarabağın gözü olan Şuşa şəhərinin öz xüsusi payı var. Şuşanın bərpası üçün bütün imkanlar səfərbər olunacaq. Şuşanın bərpa olunması ilə bağlı bəzi layihələr Heydər Əliyev Fondu tərəfindən icra olunacaq. Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Artıq işlərə start verilib. Bunu, həmçinin Molla Pənah Vaqifin büstünün bərpası layihəsini Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə. Aparılacaq yenidənqurma işlərindən sonra Şuşa qonaqlarını müasir səviyyədə qarşılaya biləcək. Əminik ki, mədəniyyət beşiyi olan, geniş turistik imkanlara malik Şuşa şəhəri tezliklə regionun ən gözəl istirahət bölgəsinə çevriləcəkdir. Əzəli Azərbaycan şəhəri olan Şuşanı ermənilər öz şəhərləri kimi qələmə vermək istəyirlər. Halbuki, Şuşa şəhərinin əsasını Pənahəli xan qoyub və əhalisi azərbaycanlılar olub. Bu tarixi həqiqətdir.

    Şəhərin bərpası istiqamətində aparılan işlərin tərkib hissəsi olaraq, Şuşanın enerji təminatı ilə bağlı olan layihələrin bir hissəsi artıq icra olunub. Artıq inşa olunmuş Şuşa yarımstansiyası fəaliyyət göstərir. Bu bina qısa müddət ərzində inşa edildi və Şuşanı dayanıqlı enerji ilə təchiz edəcəkdir.

    Torpaqlarımızın işğaldan azad edilməsindən qısa bir vaxt keçməsinə baxmayaraq, ölkə başçısı cənab İlham Əliyevin bu ərazilərə səfərlər etməsi və qətiyyətli çıxışları dünya ictimaiyyətinə ünvanlanmış tutarlı mesajlar olmaqla yanaşı, Qarabağa olan bağlılığının, torpaqlarımızın hər bir qarışına olan sevgisinin sübutudur.

     

    Müəllif: Redaktor, 09:20

İsmarıclar bağlıdır.