Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Noy

    DSC_1425Azərbaycanın müharibə şəraitində olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir.
    Bu baxımdan orta məktəblərdə tədris olunan gənclərin çağırışaqədərki hazırlıq fənlərinin böyük əhəmiyyəti var.
    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrinin təşəbbüsü ilə rayonun 34 ümumtəhsil müəssisəsində gənclərin çağırışaqədərki hazırlıq dərsləri əyani vasitələrdən istifadə etməklə keçirilib.
    Hərbi hissələrdən dəvət olunmuş zabitlər tərəfindən silahlardan, əl qumbaralarından istifadə silahların sökülüb-yığılması qaydaları əyani surətdə izah olunub. Zabitlər şagirdlərlə fikir mübadiləsi ediblər. Qeyd olunub ki, gənclərin çağırışaqədərki hazırlıq dərslərinin əyani vasitələrlə keçirilməsi müharibə şəraitində yaşayan tərtərli gənclər üçün çox əhəmiyyətlidir.
    Hərbi dərslərdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov da iştirak edib. Rayon rəhbəri ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyyə olunmasında ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən görülmüş işlərdən danışıb, gənclərin vətənə, dövlətə sadiq olmalarını vacib sayıb.

    Müəllif: Redaktor, 14:29

    Teqlər:

İsmarıclar bağlıdır.