Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar

                                                                          DİNLƏ XURAFATIN ZİDDİYYƏTİ

    Möhtərəm müsəlmanlar! Dinimizin saflığını təhlükə qarşısında qoyan amillərdən biri xurafat və mövhumatlardır. Təsadüfi deyil ki, dini dəyərlərimizi tənqid edənlər dəlil kimi, məhz müsəlmanlar arasında geniş yayılmış xurafatları misal çəkir, İslamın adına çıxarıb dinimizi gözdən salmağa çalışırlar.
    Problem bundadır ki, müsəlmanlar arasında xurafatlara iman bəsləyənlər az deyil və Quranda vacib sayılan əməllərə bu xurafatlar qədər riayət etmirik. Xurafatlara inanmaq, demək olar ki, həyatımızın bütün sahələrində özünü göstərməkdədir. Doğulduğumuz andan ömrümüzün sonunadək bu xurafatlar “kabus” kimi bizi izləməkdədir. Məsələn, ulduz falı, qapının arasında görüşməyin bədliyi, qara pişik və s. kimi xurafatlara gündəlik həyatımızda tez-tez qarşılaşırıq. Lakin hər yerdə olduğu kimi bu xurafatlar arasında birinci sırada yer alanlar var.
    Xurafatlar içində birincilik üzərlik, gözmuncuğu, at nalı və dağdağan ağacına məxsusdur. Nədənsə onların insanı bədnəzərdən qorumasına inam digərlərinə nisbətən daha çoxdur. Uşaq anadan olanda, ilk addımını atanda, məktəbə və universitetə gedəndə ilk görülən iş üzərlik yandırmaq, sonra da gözmuncuğu, yaxud da dağdağan taxmaqdır. At nalı isə evimizi “bədnəzərdən qoruyur”. Adətə görə, onu evlərimizin qapısı üstündə, göz qabağına vururuq ki, görənlərin bədliyini aradan götürsün. Deyirlər, guya üzərlik yandırıb hamının başına dolandırılmalıdı, kiminsə başına dolandırılmazsa, bədnəzər onu tutar. Hətda gözmuncuğu hərdən bədnəzərin ağırlığına dözməyib sınır. Doğrudur gözdəymə haqdır. Bu hədislərlə sabitdir. Ancaq bunun müalicəsi üzərlik yandırmaq, at nalı bağlamaq deyil, Hz. Peyğəmbərin bizə öyrətdiyi duları oxumaqdır. Hz.Peyğəmbər (səs) bədnəzər qorxusu ilə yaşayan insanlara “Maşallah” ifadəsini dilə gətirməyi və Qurani-Kərimin–“əl-Fələq” və “ən-Nas” surələini oxumağı tövsiyə etmişdir.
    On üç rəqəmi və tək səbir gətirməyin nəhs olması, yəni uğursuzluq gətirməsinə inam da geniş yayılan xurafatlardandır. Heçbir İslam qaynaqlarında 13 rəqəmin uğursuzluğu haqqında bir məlumat yoxdur. Nəinki 13 rəqəmin uğursuzluğu, ümumiyyətlə İslamda uğursuzluq deyə bir anlayış yoxdur. Bu inanc digər dinlərdən keçən batil bir inancdır. Tək səbir məsələsi isə bir az fərqlidir. Bu inancın kökü cahiliyyə dövrünə gedib çıxır. Adətən dindən, imandan xəbərsiz cahil ərəblər tək səbir gətirərkən sətri mənada “itə getsin”, xoşlamadıqları adama isə “özünə getsin”, yəni xalq arasında işlətdiyimiz “öz başını ye” deyimini söyləyirdilər. Lakin Hz. Peyğəmbər (səs) “asqıran kimsənin, əlhəmdulilləh deməsi imandandır” deyərək, onu yaxşı mənaya yozmuş və beləliklə, bunun insanların işləriylə heçbir əlaqəsinin olmadığını bildirmişdir. Amma nədənsə çoxumuz hələ də, cahil ərəblər kimi davranırıq. Tək səbir gətirdikdə Allaha şükr etmək əvəzinə, bir işə başlamaq istəmir, dayanıb gözləyirik.
    Bundan əlavə bıçaq, sabun, qayçı kimi şeyləri əldən ələ verməyi uğursuzluq saymaq İslamı anlamamaq deməkdir.
    Türbələrdə, ziyarətgahlarda şam yandırmaq, bu kimi yerlərdə bitən ağaclara niyyət tutaraq əski və bez parçaları bağlamaq, qəbirlərə qurban kəsmək İslamı düzgün başa düşməmək deməkdir.
    Həftənin hər hansısa bir gününü uğursuz saymaq, uşaqların üstünə nəzər muncuğu taxmaq və bu muncuqlardan şəfa ummaq İslamı düzgün anlamamaq deməkdir.
    Şərəfli möminlər, Bütün bu və bunlara bənzər inanclar, dinimizdə heç bir əsli olmayan, Allah və Rəsulunun xoş qarşılamadığı batil inanclardır. Hətta bunların bir qismi Allah qorusun insanı küfrə belə düşürər. Uca Allah şərəfli kitabımız Qurani-Kərimdə belə buyurur:
    “Rəbbindən sənə vəhy olunana (Qurana) tabe ol. Allah, şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır!”
    Digər bir ayədə isə belə buyurulur:
    “Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz, Allah (hər şeyi) eşidən və biləndir!”
    Bu ayələrdən də başa düşüldüyü kimi, müsəlman, yalnız Allaha güvənməli, yalnız Ona sığınmalı, Ona qulluq edib və yalnız Ondan yardım istəməlidir.
    Cəmiyyət arasında geniş yayılan, xurafatlardan biri də yas mərasimləri ilə bağlıdır. Hüzn sahibi yaxını itirməsi ilə bərabər, başsağlığı verməyə gələnlərin “xəcalətindən” çıxmağın qayğısı ilə yüklənir. Bilmir ölüsünün, yoxsa qənd, çay, ət pulunun dərdini çəksin. Halbuki İslamda təmtəraqlı yas süfrəsi açmaq, yeddi, qırx, cümə axşamları, ildönümü mərasimi keçirməyin heç bir yeri yoxdur. Necə ki, Hz. Əlinin bu barədə bir sözü var: “Üç gündən sonra başsağlığı vermək hüzn sahiblərinin dərdini təzələməkdir. “Hətta nəyinki hüzn sahibi kimsənin süfrə açıb ehsan verməsi tam əksinə hüzn sahiblərinə yemək aparılmalıdır. Necə ki, Cəfər Təyyar şəhid olduqda Hz. Peyğəmbər (səs): “Cəfərin ailəsi üçün yemək hazırlayın!Çünki onlar belə vəziyyətdə yemək bişirə bilməzlər” buyurmuşdur.
    Əziz möminlər, Ümumiyyətlə bu kimi əməllər heç vaxt İslamda olmayıb və olası da deyil. Bunların dindən olduğunu demək, ən azı günahdır. Hz. Peyğəmbər (səs) ona peyğəmbərlik verilən vaxtdan, xurafat və mövhumatçılığa qarşı daim mübarizə aparmışdır. O halda gəlin biz də Uca Allahın bu xalis haqq dinini düzgün öyrənək. Dinimizdə heç bir yeri olmayan xurafatları İslama qatmayaq. Həyatımı-zın bütün sahələrində xura-fatlardan uzaq həqiqi İslamı tətbiq edək. Xütbəmə bir ayə ilə son verirəm:
    “(Ya Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət! et! Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur…”

     

    Müəllif: Redaktor, 09:05

İsmarıclar bağlıdır.