Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar

    İlin ən gözəl fəsillərindən biri sayılan yaz fəsli əkinçilikdə insanların həyatında həm faydalı, həm də əlverişli fəsil kimi hər zaman özünü göstərmişdir. Yaz fəsli torpaqda xüsusən də əkinçiyə lazım olan şərait amillərini yaradır. Azəri Yurdunun ta qədimdən torpaqda çalışan halal, zəhmətkeş insanları ilin ən gözəl yaz fəslini səbirsizliklə gözləmişlər. Bu fəslin sevinci Tərtər rayonunun əməkçi fermerlərindən də yan keçmir. Rayonun zəhmətkeş insanları hamılıqla öz təsərrüfatlarında yazın gəlişindən istifadə edərək, sidqürəklə alıntəri axıda-axıda ucsuz-bucaqsız tarlalarda çalışırlar. Hal-hazırda fermer təsərrüfatlarında mövsümə uyğun olaraq yaz səpinləri ilə əlaqədar işlərə başlanılmışdır.
    Təsərrüfat sahibləri yaxşı bilirlər ki, əgər torpaqda ilin fəsilləri ilə əlaqədar aparılan işlər gecikərsə, nəticədə oradan gözlənilən məhsul aşağı səviyyədə olacaqdır. Təsərrüfatlarda pambıq, şəkərçuğunduru, günəbaxan, qarğıdalı, soya, yonca və tərəvəz bitkiləri əkinlərinin hazırlığı ilə əlaqədar aparılan işlərin hal-hazırda güclü fazasındayıq. Mövsümi səpinlərin əkin sahələrində arat işləri sürətlə aparılır. Təcrübəli fermerlər tərəfindən taxıl əkinlərində, yonca sahələrində, meyvə bağlarında yemləmə gübrəsinin və üzvi gübrənin verilməsi yüksək səviyyədə təşkil olunaraq, başa çatmışdır. Bundan başqa qalan fermerlər də havaların əlverişli keçməsindən istifadə edərək, həmin işlərin yerinə yetirilməsi üçün sürətlə çalışırlar. Bilirik ki, hər hansı bitkini əkib, becəririksə mütləq onu xəstəlik və zərərvericilərdən qorumalıyıq.
    Rayonun taxıl əkinlərində yaz mövsümünün gəlişi ilə əlaqədar alaqlara qarşı, taxılböcəyinə qarşı, siçana-bənzər gəmiricilərə qarşı ərazidə mübarizə tədbirləri aparılmışdır. Buğda, arpa əkinlərində aqrotexniki qulluq qaydalarına əməl olunmaqla yemləmə gübrəsi olan Ammonium-nitrat gübrəsinin həmin əkinlərə verilməsi istiqamətində işlər aparılır.
    Rayonda Heyvandarlığın yem bazasının gücləndirilməsi istiqamətində təsərrüfatlarda yonca səpini işləri görülməklə yanaşı, həm dən həm də yem məqsədi üçün qarğıdalı bitkisinin əkinlərinin sahələri hazırlanır. Ərzaq bitkisi kimi sayılan günəbaxan və şəkər-çuğunduru əkinlərinin yerlərinin səpinqabağı hazırlanması işlərinə başlanıbdır. Görülən işlər ona əsas verir ki, gələcəkdə bol məhsul əldə olunacaqdır. Bütün bu görülən işlər insanların qazancının yüksəlməsinə təsir göstərəcəkdir.
                                                                                                                                        Arif Behbudov
                                                                           Tərtər DAİM-in Bitkiçilik Sektorunun Müdiri

     

     

    Müəllif: Redaktor, 09:12

İsmarıclar bağlıdır.