Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Sarıcalı kəndindən olan Vətən Müharibəsi şəhidi Məmmədov Mehdi Elçin oğlunun ailəsi üçün tikilmiş fərdi yaşayış evinin açılış mərasimində iştirak edib. Fərdi yaşayış evi iş icraçısı Xəqani Məmmədovun təşkilatçılığı ilə bir qrup xeyirxaq şəxsin vəsaiti hesabına tikilib.
    Mərasimdə iştirak edən rayon rəhbəri prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman şəhid ailələrinə,
    müharibə əlillərinə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərdiklərini qeyd edib. Şəhid ailəsi üçün fərdi yaşayış evinin tikintisində zəhməti olan hər kəsə razılığını bildirib.
    Rayon icra hakimiyyəti tərəfindən ailəyə bayram sovqatları verilib, evin tikintisində zəhməti olan bir qrup şəxs Fəxri Fərmanla təltif olunub.
    Şəhidin anası onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, evin tikintisində zəhməti olan bütün şəxslərə öz minnətdarlığını bildirib.

    Müəllif: Redaktor, 09:54

İsmarıclar bağlıdır.