Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar

    Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə bir qrup litvalı jurnalistin işğaldan azad edilmiş ərazilərə səfəri baş tutub. Qrupa tanınmış hərbi jurnalist, Azərbaycan Respublikasının “Dostluq Ordeni” ilə təltif edilmiş Riçardas Lapaitis, eləcə də Arunas Sartanaviçius və Mantas Bartasaviçius daxil idi.
    Litvalı jurnalistlər BAMF Prezidenti Umud Mirzəyevin müşayiəti ilə səfər çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı qonaqlara rayon haqqında, dağıdılmış, talan olunmuş, eyni zamanda bərpa edilmiş binalar haqqında məlumat verib. Onlar Vətən müharibəsində ziyan dəymiş infrastrukturu əyani əks etdirən foto şəkil və stendlərlə tanış olublar.
    Sonra jurnalistlər işğaldan azad olunmuş Suqovuşan və Çaylı kəndlərinə gediblər. Suqovuşan kəndində infrastrukturun bərpası üzrə aparılan işlərə baxıblar.
    Litvalı jurnalistlər Tərtər Rayon İcra Hakimiyyətinin və BAMF heyətinin nümayəndələrinin müşayiəti ilə Suqovuşanda minalarla çirklənmiş ərazilərlə və minatəmizləmə əməliyyatları ilə tanış olublar. Suqovuşan gölü ətrafında yerli əhalinin nümayəndələri ilə görüşlər keçirilib.
    Bundan sonra litvalı jurnalistlər Tərtərdə “Marağa 150” abidəsini ziyarət ediblər. Onlara ermənilərin Dağlıq Qarabağa köçürülməsi ilə bağlı məlumatlar verilib.
    Qapanlı kəndində Riçardas Lapaitis kənd sakini Sevda Quliyevaya Azərbaycan əsilli Kanada vətəndaşının göndərdiyi kompüteri təqdim edib.

     

    Müəllif: Redaktor, 09:59

İsmarıclar bağlıdır.