Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Apr

    30 il idi ki, torpaqlarımız erməni işğalçılarının əsarəti altında inləyirdi. Gözəl Şuşamız, Laçınımız, Füzulimiz, Kəlbəcərimiz, ümumiyyətlə, 20 faiz torpaqla-rımız işğalçıların tapdaq yeri olmuşdu. Bu hər bir Azərbaycanlı üçün çəkilməz dərd sayılırdı. Qədirbilən xalqımız, mərd oğullarımız hər an torpaqlarımızın işğaldan azad olunacağı günün arzusu ilə yaşayırdılar. Nəhayət 27 sentyabr 2020-ci il bu iztiraba son qoyulmasının başlanğıc günü oldu.
    Surxayzadə Cahangir Hətəm oğlu 1996-cı ildə Qaynaq kəndində doğulmuşdu. Hələ kiçik yaşlarından öyrənmişdi ki, erməni mənfurları azərbaycanlıların düşmənidir, bu mənfurlar illərdi ki, torpaqlarlımızı işğal edir, minlərlə dinc azərbaycanlı əhalisinə divan tutur, öldürür , sağ qalanları əsir götürərək misli görünməmiş əzablara düçar edirlər. Bütün bunlar onun uşaq qəlbində nifrətə çevrilmişdi. Böyüdükcə bu nifrət artdı.
    Nəhayət, Cahangirin əsgəri xidmət vaxtı çatdı. O, sərhəd xidmətində qulluq etməyə başladı. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ilin noyabrından daxili qoşunların tərkibində müddətdən artıq hərbi xidmət etməyə başladı.
    2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda bütün vətənpərvər oğullarımız kimi o da müharibəyə qoşuldu. Mənfur ermənilərin işğal olunmuş torpaqlarımızdan çıxarılmasında, silahsursatlarının qənimət kimi ələ keçirilməsində misilsiz fədakarlıqlar göstərdi.
    Noyabrın 8-də atası ilə telefon əlaqəsi saxlayıb, düşmənin nəfəsini kəsdiklərini və Şuşada döyüşdüklərini bildirib. Azərbaycanın tacı Şuşanın tezliklə işğaldan azad olunacağını söyləyib.
    Cahangirgil iki qardaş olublar. Atası Hətəmlə qardaşı Babək təsərrüfat işləri ilə məşğul olublar. Babək ailəli idi. Vətən müharibəsi başlayan vaxt bir qızı anadan olmuşdu. Cahangir gəlinlərindən qızının adını Fatimə qoymağı xahiş etmişdi. Onun xahişi hamının ürəyincə olmuş və körpənin adını Fatimə qoymuşdular. Cahangir telefonla danışarkən balaca Fatiməni görmək üçün darıxdığını söyləyib, gəlinlərinə: “Narahat olma!” – deyərək, tezliklə qəhrəman kimi görüşəcəklərini bildirib. Təəssüf ki, deyilənlər həyata keçmədi!
    Noyabrın 9-u Cahangirin son döyüş günü oldu. O, Şuşada döyüş zamanı başından minamyot qəlpəsindən ağır yara aldı və şəhid oldu. Yaralandığını görən döyüş yoldaşları özlərini ona çatdırıblar. Cahangir ölümqabağı özlərini ona çatdıran döyüş yoldaşlarına gülümsüyüb….
    Şəhid döyüşcü doğulduğu kənd qəbristanlığında dəfn edilib. Onun bir neçə əşyası yadigar qalıb. Bunları döyüş yoldaşları ailəsinə çatdırıb.
    Döyüş yoldaşlarının xatirələrini atası bizə danışdı. Söylədiklərinə görə dəfələrlə ermənilərlə əlbəyaxa vuruşub onları məhv edib. O şəhid olduğu zaman cibindən telefon və cib dəftəri çıxıb. Cahangir çox səliqəli-sahmanlı, qayğıkeş, heç nədən qorxub-çəkinməyən biriydi.
    Cahangir ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidlər bi-zim qürurumuzdur. Ömür boyu onlara borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

    Müəllif: Redaktor, 09:14

İsmarıclar bağlıdır.