Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Apr

    Tərtər rayonundan 2016-cı ilin Aprel döyüşlərində Füzuli istiqamətində gedən vuruşlarda şəhid olmuş İsgəndərov Nicat Bəhruz oğlunun şəhidliyinin 5-ci ildönümü qeyd olunub. Bununla əlaqədar olaraq rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev şəhidin ailəsinə baş çəkmiş, onun xatirəsi yad edilmiş, keçdiyi döyüş yoluna bir daha nəzər salınmışdır. Şəhidin valideynləri Bəhruz və Maya İsgəndərovlar və yaxınları onunla bağlı xatirələrini söyləmişlər.
    Nicat İsgəndərov aprel döyüşlərində göstərdiyi sücaətlərə görə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub. Onun adı Tərtər şəhərinin abad küçələrindən birinə verilərək əbədiləşdirilib. İctimaiyyət nümayəndələri şəhidin 5-ci ildönümündə onun adını daşıyan küçədə olmuş, xatirəsini ehtiramla yad edərək, baralyefi önünə gül dəstələri düzmüşlər.
    Şəhər 3 saylı ümumi orta məktəbin şagirdləri şəhidin məzarını ziyarət etmiş, kompozisiya nümayiş etdirmişlər.
    Nicat İsgəndərovun valideynləri şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

     

    Müəllif: Redaktor, 09:39

İsmarıclar bağlıdır.