Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr

    Azərbaycan xalqinin başına gətirilmiş müsibətlərin tarixin hər dönəmində baş verməsi haqqında hər bir vətəndaşımızın müəyyən qədər məlumatı vardır. Hazırki dövrdə yaşayan insaların gözü qarşısında baş vermiş Qarabağ müsibətləri xalqımızın səbr kasasını daşdırırdı. Müstəqilliyimizin ilk illərində mənfur qonşularımıza qarşı aparılan mübarizənin plansız şəkildə təşkil olunması, orduda baş verən özbaşınalıq və vahid ordu komandanlığının olmaması bizi döyüş meydanında məğlub duruma saldı. Son illərdə aparılmış əməli iş nəticəsində Azərbaycan regionda iqtisadı və hərbi sahədə güclü bir dövlətə çevrildi. Öz dədə-baba torpaqlarından didərgin edilmiş insanların, 30 ildir oğlunun qayıdacağını gözləyən anaların və atasının üzünü görməyən şəhid övladlarının yarasının üstünə su səpməyin zamanı gəlmişdi. Belə bir məqamda xalqın dəstəyinə və müzəffər ordunun gücünə əmin olan Ali Baş Komandan öz planını hazırlayaraq 10 milyonluq “ordu”ya döyüş əmrini verdi. Ali Baş Komandanın siyasi arenadakı üstünlüyünü, xalqımızın birliyini görən müzəffər Azərbaycan ordusu zaman-zaman yığılıb qalmış qisas hissi ilə döyüşlərə başladı. Bu əməliyyatın adı əbəs yerə “Dəmir yumruq” əməliyyatı qoyulmamışdı. Əsgərlərimiz bütün əməliyyatlar zamanı xalqımızın orduya dəstəyini və komandanlığın əzmkarlığını gördükləri üçün bütün döyüşlərdən qalib ayrılırdılar.
    Müharibələrdə silahlar nə qədər önəmli olsa da, döyüşçülərin psixoloji hazırlığlı daha vacib məqamdır. Psixoloji üstün olan müzəffər ordumuz bu üstünlüyünü döyüş meydanında da nümayiş etdirərək bütün dünyada özündən söz etdirməyi bacardı. 44 günlük müharibədə əsgərlərimizin göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında yeni bir tarix səhifəsi yaratdı. Əsrlər keçsə belə bu şanlı qələbə xalqımızın qürur yeri olaraq qalacaqdır. Bu qələbə sayəsində prezidentimizin də dediyi kimi təkcə ərazilərimizi düşmənlərdən təmizləmədik, həm də regionu terror təhlükəsindən xilas etmiş olduq.
    Vətən Müharibəsi Azərbaycan ordusunun gücünü bütün dünya ölkələrinə nümayiş etdirdi. Ali Baş Komandanın da dediyi kimi biz artıq yeni dövrə aid olan müharibənin necə təşkil olunduğunu bilirik. 30 ilə yaxın bir müddət ərzində hər an hücum edəcəyimizi gözləyən mənfur düşmənin qurduğu müdafiyə səddi mifik bir obraz almışdı. Bütün ölkələrə keçilməz Ohanyan səddi haqqında nağıllar danışan erməni “general”lar igid əsgərlərimizin o səddə yaxınlaşmadan Şuşa şəhərinə qədər hər yeri işğaldan azad etdiyini eşidəndə ordumuzun gücünü qəbul edib həmin yalançı səddən çəkilməyə başladılar.
    Cənab Ali Baş Komandan 12 aprel 2021-ci il tarixdə Hərbi Qənimətlər Parkının açılış mərasimində qeyd etdi ki, dünyanın bir çox hərbi cəhətdən inkişaf etmiş ölkələri Vətən müharibəsindəki əməliyyatları öyrənir. Bütün hər kəs bilir ki, bu qələbə təkcə hərbi əməliyyatlar nəticəsində qazanılmayıb. Qələbənin qazanılmasında qətiyyətli lider, öz liderinin ətrafında sıx birləşmiş xalq və bu birliyə güvənən müzəffər Azərbaycan ordusu birləşərək “Dəmir Yumruq” təşkil etdilər. Siyasi arenada göstərdiyi qətiyyət, xalqına verdiyi sözün yerinə yetirilməsi, orduya lazım olan bütün növ silah və avadanlıqların vaxtında təmin edilməsi Möhtərəm Prezidentimizin bu qələbədə nə qədər pay sahibi olduğunun bariz göstəricisidir.
    44 günlük müharibənin hər gününün hesabatı xalqa ayrılıqda verilirdi. Insanlar müharibədə nə qədər düşmənə məxsus hərbi texnikanın vurulduğunu və yaxud da qənimət kimi ələ keçirildiyini özləri üçün hesablayırdılar. Müharibə bitəndən 30 gün sonra Bakı şəhərində keşirilən hərbi paradda nümayış olunan hərbi qənimətlər hamıda maraq oyatmışdı. Belə bir məqamda Ali Baş Komandan Hərbi Qənimətlər Parkının yaradılmasına güstəriş verdi. Çox qısa müddət ərzində Vətən Müharibəsini tam şəkildə bütün dünyaya çatdıra biləcək möhtəşəm bir park-kompleks yaradıldı. Gənc nəslin hərbi- vətənpərvərlik hissini daha da gücləndirəcək bu park həm də Müzəffər Azərbaycan ordusunun gücünü bütün dünyaya nümayiş etdirəcək.
    Zaman-zaman insanlığa yaraşmayan hərəkətlər edən ermənilər özlərinin iyrənc əməllərindən heç vaxt çəkinməyiblər. Tarixdə mövcud olduqları gündən bəri ancaq pislik edən xalq kimi yadda qalan ermənilər özlərinə havadar tapan kimi növbəti təxribata hazırlaşırlar. Düzdür, müzəffər ordumuz onlara yaxşı dərs verib . Biz unutmamaliyiq ki, qonşuluğumuzda hec bir dünyəvi dəyərə qiymət verməyən, dini inancı olmayan və öz keçmişlərini belə dəyişdirməyə çalışan bir mənfur xalq var. Ona görə də gənc nəslin təlim-tərbiyəsiylə məşqul olan müəllimlərin ayıq-sayıq olması şox vacibdir

     

    Müəllif: Redaktor, 08:49

İsmarıclar bağlıdır.