Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr

    Elməddin Əliyev Qazyan kənd tam orta məktəbin məzunu olub. Orta məktəbdə təhsil aldığı illərdə pis oxumayıb. Amma qismətində ali təhsil almaq olmayıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib. Füzuli rayonunda çəkib hərbi xidmətini. Vətənə borcunu verdikdən sonra ordudan ayrılmaq istəməyib. Hərbidə qalıb xidmət etmək istəsə də, işi alınmayıb. Ona görə də bir müddət Bakı və Moskva şəhərlərində işləməli olub. Özündən kiçik qardaşı Samir Ordumuzda xidmət edirdi. Odur ki, doğma kəndə qayıtmışdı. Samirlə söhbəti onun hərbiçi olmaq istəyinin reallaşmasına zəmin yaratmışdır.
    2 il idi ki, Elməddin Orduda müddətdən artıq xidmət edirdi, ”N” saylı hərbi hissənin həmlə bölməsində kiçik çavuş idi. Elməddin hələ orta məktəbdə oxuduğu zamanlarda idmanın ağır atletika növü ilə məşğul olurdu. Bir neçə dəfə yarışlarda iştirak edərək, uğurlar qazanmışdı, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmışdı. Ordumuzun tərkibində xidməti zamanı da idmanı unutmamışdı, ağır atletika ilə daim məşğul olurdu.
    27 Sentyabr 2020-ci il Elməddin bütün Azərbaycan xalqı və Azərbaycan ordusunda xidmət edən zabit və əsgərlərimiz kimi düşmənə qarşı mübarizəyə qalxdı. Agdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə onun xidmət etdiyi bölük də vuruşurdu. Artıq iki gün idi ki, əsgərlərimiz mənfur ermənilərin cavabını verərək onları ərazilərimizdən təmizləyirdilər. Ağır döyüş gedirdi. Düşmənləri geri oturtsalar da, itkilərimiz varıydı, yaralı və şəhidlərimiz olmuşdu. Təəssüf ki, bu döyüş zamanı Elməddin də şəhid oldu, mina qəlpəsindən onun arzularla dolu həyatına son qoyuldu.
    Elməddin ailəli idi. Gözləri yolda qalan, hər an onu həsrətlə gözləyən bir ömur-gün yoldaşı vardı. Düşmən gülləsinə tuş gəl-məsəydi, ailəsi ilə birlikdə xoşbəxt ola bilərdi. Təəssüf ki, həyatdan gözlədikləri alınmadı. Qismətindəki şəhidlik onu ölümün zirvəsinə qaldırdı.
    Şəhid Elməddinin ailəsini ziyarətimiz zamanı anası, bacıları onun haqqında öz xatirələrini söyləyərək bildirdilər ki, Elməddin çox səbrli və qorxmaz idi. Azərbaycan tarixini gözəl bilirdi. Türkiyə ilə Azərbaycanın dostluğundan çox sevinirdi. İstər dün-görüşdə, istərsə də doğmalara qarşı qayğıkeşlikdə onun ailə üzvüləri arasında özünəməxsusıluğu varıydı. Ölümü ilə də seçildi, çox adama nəsib olmayan ən uca zirvəyə –şəhidlik zirvəsinə qalxdı.
    35 yaşlı bir Vətən oğlumuzun da həyatı belə tamamlandı. Qurduğu ailə də pərən-pərən oldu. Bütün Elməddin sevərlərin qəlbində xatirələri ilə qaldı. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olundu.
                                                                                                                                 Elfuzə Camalqızı

    Müəllif: Redaktor, 09:12

İsmarıclar bağlıdır.