Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Apr

    1-Yalan danışmaq böyük günahlardandır. Allah-taalanın Qurani-kərimdə lənət etdiyi şəxslərdən biri də yalançıdır. Belə ki, “Nur” surəsinin 7-ci ayəsində buyurulur: “Əgər yalan deyirsə, Allah ona lənət etsin!”
    2-İmam Rza (ə) buyurmuşdur: “Düz danışın və yalandan uzaq olun”.
    3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əgər mömin üzürsüz olaraq yalan danışarsa, yetmiş min mələk onu lənətləyər. Onun qəlbindən çıxan üfunətli iy ərşə qalxar. Bu zaman ərşin gözətçiləri ona lənət yağdırar”.
    4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, ən böyük günah dilin yalana adət etməsidir”.
    5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizə ən böyük günahlardan xəbər verimmi?! Ən böyük günah Allaha şərik qoşmaq, ata-anaya qarşı pis rəftar etmək və yalan danışmaqdır”.
    6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yalan insanın üzünü qara edir”.
    7-Qurani-kərimdə yalan Allaha şərik qoşma sırasında vurğulanmışdır. Ayədə buyurulur: “…Murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin”.
    8-İmam Baqir (ə) buyurur ki, Əli ibn Hüseyn (ə) öz övladlarına belə nəsihət edirdi: “Yalandan çəkinin, istər kiçik olsun, istərsə də böyük. Çünki kiçik yalan insanı böyük yalanı danışmağa cürətləndirir. Məgər bilmirsiniz ki, Allahın Rəsulu (ə): “Bəndə həmişə doğru danışarsa, Allah onu doğru danışanların cərgəsində, yox əgər ömrü boyu yalan danışarsa, onun adını yalançıların sırasına yazar” – deyə buyurub?!”.
    9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yalan kiçik olsa belə, əməl dəftərində qeyd olunur”.
    10-Yalan münafiqlik əlamətidir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hətta oruc tutub namaz qılsa və özünü müsəlman bilsə də, üç xislətə malik olan şəxs münafiqdir: Əmanətə xəyanət etmək, yalan danışmaq və vədəyə xilaf çıxmaq”.
    11-Yalançının imanı yoxdur və onlar İlahi ayələrə qarşı kafir olanlar və onları inkar edənlər cərgəsində hesab edilir. Allah-taala buyurur: “Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançılardır!” .

     

    Müəllif: Redaktor, 08:29

İsmarıclar bağlıdır.