Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Apr

    Vətən müharibəsindən sonra 11 şəhər və rayon ərazisində bərpa və yenidənqurma işləri davam etdirilir ki, bu ərazilərimizdən biri də düşmən hücumları ilə qəhrəmanlıqla mübarizə aparan Tərtərdir.
    Tərtər ərazisində düşmən hücumları nəticəsində yol infrastrukturuna da böyük ziyan dəyib. Düşmənin təmas xəttindən aralıda dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artilleriya atəşinə tutması nəticəsində Tərtər rayonu ərazisində 1 respublika əhəmiyyətli, 6 yerli əhəmiyyətli avtomobil yoluna, həmçinin şəhər daxilində 5 küçənin yol örtüyünə ziyan dəyib.
    Yol infrastrukturuna dəyən ziyanın aradan qaldırılması məqsədilə artıq rayon ərazisindən keçən respublika əhəmiyyətli “Bərdə-İstisu”avtomobil yolunda aparılan bərpa işləri layihəsinə uyğun olaraq yolun 4.1 kilometrlik hissəsində təmir-bərpa işləri aparılıb. Hazırda asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
    “Tərtər-Hindarx” avtomobil yolunun da təmiri işlərinə başlanacaq.

    Yerli əhəmiyyətli “Kovdadıq-Rəcəbli”, Seydimli və Düyərli yolları təmir edilib. Növbəti mərhələdə “Buruc-Gülabatlı”, “Azad Qaraqoyunlu-Köçərli” və Bəyimsarov avtomobil yollarının təmiri həyata keçiriləcək.
    Zərər görmüş şəhərdaxili Şah İsmayıl Xətai, Elman Səfərov, Şıxəli Qurbanov, Mübariz İbrahimov və Famil Qulami küçələrində də təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.

    Müəllif: Redaktor, 09:34

İsmarıclar bağlıdır.