Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07May

    2020-ci ilin 44 günlük Vətən müharibəsi Ölkəmizin Zəfər tarixi sayılır. İl-lərdən bəri mənfur ermənilərin qəddarlığından vətəndaşlarımız zillət çəkiblər. Parçalanmış torpaqlarımızın sakinləri dədə-baba yurdlarından didərgin düşüblər. Erməni əsirliyində təkcə insanlarımız deyil torpaqlarımız da təcavüzə məruz qalaraq, dağıdılmış, talan olmuşdur.
    Nəhayət, 44 günlük müharibədə bütün bunlara son qoyuldu. İgid oğullarımız bir yumruq kimi birləşib, düşmənin payını verərək, yerlərini göstərdilər. Onları əzəli torpaqlarımızdan çıxararaq, Prezidentimizin təbirincə desək, “İti qovan kimi qovdular”. Əlbətdə, bütün bunlar igid oğullarımızın canları-qanları bahasına başa gəldi. Bəzi ocaqlarımızın tək oğulları şəhid oldular, bəzilərində isə 2 qardaş Vətənin müdafiəsində qurbana döndülər. Öz qanları ilə tarix yazan igidlərimiz alnımızdakı qaçqın-köçkün ləkəsini sildilər. Bu oğullardan biri də Evoğlu kəndində doğulub, orada böyümüş Məhərrəmli Fuad Habil oğludur.
    Fuadgilin ailəsi bir zəhmətkeş ailə olub. Günün is-tisində əkin-biçin işlərlə məşğul olaraq qışın şaxtasında şükür edərək öz zəhmətlərinin bəhrəsini görən ailə olub. Bu ocaqda böyüyən 3 övlad da böyükləri kimi zəhmətdən yapışaraq, kənd təsərrüfatı işləri ilə məşğul olublar. Fuad ailənin kiçik oğlu idi. O, hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək qərarına gəlir.
    Minaatan bölməsində kiçik çavuş kimi fəaliyyətə başlayır. Müsəlləh bir əsgər kimi Vətənə xidmət etmək onun müqəddəs amalına çevrilir.
    Sentyabrın 27-i bütün ordumuz, hətta müvəqqəti səfərbərliyə cəlb olunanlar da yüksək əhval-ruhiyə ilə əks hücuma keçdilər. Düşmənin payını vermək istəyi hər kəsin ürəyindən qopan bir nida idi. Həmin gün səhər-səhər raketlərin, topların səsi müharibənin başlamasından xəbər verirdi. Hamı ordumuzun gücünə inanır və arxalanırdı. Fuadgilin bölməsi də Suqovuşan istiqamətində hücuma keçmişdilər. Məqsəd o idi ki, düşmən postları alınsın həsrət qaldığımız torpaqlar işğaldan azad olunsun. Uzun illər döyüş və müdafiə ha-zırlığını görmüş mənfur düşmən öz riyakar fitnəsindən əl götürmürdü. Hər tərəfdə gizli postlar quraraq döyüşçülərimizin irəliləməsinə imkan vermirdilər. Lakin döyüşçülərimiz düşmənin həmləsinin qarşısını alaraq irəliləyirdi. Hər gün torpaqlarımızın geri qaytarılması xəbəri əsgərlərimiz və sıravi vətəndaşlarımız arasında böyük ruh yüksəkliyinə səbəb olurdu.
    Fuad imkan düşəndə ailə üzvləri ilə əlaqə saxlayıb vəziyyətlə bağlı xəbər tuturdu. Fuad 19 oktyabrda atası ilə telefon əlaqəsi saxladı. Hər şeyin yaxşı olacağını söylədi, atasıgildən nigaran qaldığını dedi. Atasına ermənilərin nəfəsini kəsdiklərini, Həsənqaya istiqamətində irəlilədiklərini bil-dirdi. Nə Fuadın, nə də atasının ağlına gəlmirdi ki, bu danışıq onların sonuncu danışığıdır.
    Sabahı ataya xəbər gələndə: “Ola bilməz!”–desə də, özünü Bərdə xəstəxanasına çatdırır. Səsi hələ də qulaqlarından getməyən ata oğlunun nəşini görəndə gözlərinə inanmır.
    Atanın dediklərindən:
    –Morqda Fuadımı görəndə inanmadım, qurşaqdan yuxarı heç nə olmamışdı, sanki yatmışdı, amma bədəninin aşağı hissəsi parça-parça olmuşdu. Hərbi tapşırığı həyata keçirərkən yanına top mərmisi düşür və Fuad orada şəhid olur.
    Həmin gün Fuadı yaşadığı kənd qəbristanlığında torpağa tapşırdılar. Habil ata oğlu haqqında xatirələrini göz yaşları içində söyləyirdi. Dedi ki, komandiri Fuad haqqında çox heyfslənərək danışırdı. Anası Elza özünü saxlaya bilmir ağlaya-ağlaya deyir:
    –Sanki Fuad ölümünü hiss edibmiş. Bir neçə gün əvvəl özünə aid olan bütün əşyalarını evə göndərib. Allah heç kimə bala dağı göstərməsin! Çox ağır dərddir! Dözmək olmur! İndi balamın əşyaları onun nişanələridir. Gözaltısı da varıydı. Kaş əvvəlcə biləydim, onu evləndirərdik, bu gün paltarları deyil övladını bağrıma basıb saxlayardım!
    Ata-ananın çəkdikləri dərd anlaşılan idi. Müharibədə oğlunu itirən bütün valideynlər belə ağır dərdi çəkməyə məcburdurlar. Onların bircə təsəllisi var, o da doğmalarının torpaqlarımızın bütövlüyü uğrunda Şəhid olmalarıdır. Allah şə-hidlərimizin hamısının məkanını cənnət etsin, doğmalarına səbr versin.
    Məhərrəmli Fuad Habil oğlu göstərdiyi şücaətlərə görə ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunub.

     

     

    Müəllif: Redaktor, 09:12

İsmarıclar bağlıdır.