Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07May

    44 günlük Vətən müharibəsi dövründə düşmənin Tərtər rayonunun təmas xəttindən aralıda dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artilleriya atəşinə tutması nəticəsində yol infrastrukturuna da ciddi ziyan dəymişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən Tərtər rayonunda da yol infrastrukturunun yenidənqurulması işlərinə baş-lanılmışdır.
    Belə ki, respublika əhəmiyyətli “Bərdə-İstisu” avtomobil yolunun Tərtər şəhərindən keçən hissəsi və şəhərin 11 küçəsi, 3 küçənin isə döngəsi asfaltlanmışdır. Yerli əhəmiyyətli “Kovdadıq – Rəcəbli”, Seydimli və Düyərli yolları təmir edilmişdir. Hazırda “Azad Qaraqoyunlu-İlxıçılar-Aşağı Qapanlı-Evoğlu-Köçərli” kəndlərini birləşdirən avtomobil yolunun əsaslı təmir işlərinə başlanılmışdır.
    Eyni zamanda şəhərin asfalt salınan küçələrində istinad divarları aqlay və bəzək daşları ilə üzlənir, ağaclar budanır, elektrik, qaz, telefon xətləri qaydaya salınır.
    Növbəti mərhələdə ardıcıl olaraq rayonun digər avtomobil yollarının da asfaltlanması və təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.
    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə yol tikintisi ilə bağlı aparılan işlərlə yerində tanış olub, işlərin layihə-smeta sənədlərinə uyğun və yüksək keyfiyyətlə aparılması məqsədi ilə tikinti işlərini həyata keçirən məsul şəxslərlə və sakinlərlə görüşüb, müvafiq tövsiyələrini verib.

    Müəllif: Redaktor, 10:24

İsmarıclar bağlıdır.