Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18May

     

     

     

     

     

     

    Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsinin ardınca 12-13 may tarixlərində burada “Xarı bülbül” festivalının keçirilməsi bizim üçün ən dəyərli arzulardan olmuşdur. Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bunu bizə nəsib etdi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu festival bir daha möhtəşəm qələbəmizin, Şuşaya zəfərlə qayıdışımızın təcəssümü oldu. Hələ 1989-cu ildə Şuşada ilk dəfə keçirilmiş festival ermənilərin şəhərimizi işğal etdiyi vaxtdan 32 il sonra yenidən Cıdır düzündə baş tutdu. Böyükdən kiçiyə hər bir soydaşımız bu möhtəşəm hadisəni böyük qürur hissi və sevinclə qarşıladı. Uzun illərdən sonra Xalqımız tarixi ədaləti bərpa etdi.

    Prezident İlham Əliyev festivalın açılışında çıxış edərək bu tədbirin şəhidlərin ruhuna həsr olunduğunu, Böyük Qələbə üçün qəhrəman hərbçilərimizə və Azərbaycan xalqına borclu olduğumuzu qeyd etdi. Eyni zamanda növbəti ildə Şuşanın 270 illik yubileyinin qeyd olunacağı bildirildi. Bu məqəmda İlham Əliyevin “Əziz Şuşa biz qayıtmışıq”, “Əziz Şuşa biz səni dirçəldəcəyik” ifadələri ilə və böyük fəxarət hissi ilə Şuşanın azad olunması xəbərini xalqına çatdırdığı gün xatırlanır. Bəli artıq tarixi Qarabağımıza, o cümlədən doğma Şuşamıza xalqımızın milli-mənəvi dəyərləri qayıtmaqdadır. Cənab Prezidentin təbirincə desək Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin də çıxış etməsi təsadüfi deyildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə tədbirdə yer almışdılar. Bu bir daha sübut etdi ki, Azərbaycan multikultural ənənələrə sadiq bir ölkədir. Bundan əlavə Vətən müharibəsi də bir daha onu göstərdi ki, Azərbaycan bütün xalqların vətənidir, burada hər bir millətin nümayəndəsi dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır. Bizim ölkəmizdə milli birlik, milli həmrəylik vardır.

    “Xarıbülbül festivalı xalqımıza 44 günlük Zəfər müharibəsinin qələbə sevinci qədər duyğulu anlar yaşatdı . İnsanlar 6 ay əvvəlki kövrək anlarını yenilədilər. Bundan əlavə Ali Baş Komandanın təşəbbüsü ilə keçirilən bu tədbir Onun xalqına Ramazan bayramı ərəfəsində ən böyük bayram hədiyyəsi oldu. Burada Yuxarı Gövhərağa məscidində bayram namazı qılındı. Dualar oxundu. Xalqımız indi dinimizin, mədəniyyətimizin doğma el obamıza qayıtmasını bayram edir. Bu yerlərin erməni vandallarından xilas olmasının sevincini yaşayır. Böyük qürur hissi ilə qeyd olunmalıdır ki, 44 günlük Zəfər müharibəsi Xalqımızın şanlı tarixində bir qəhrəmanlıq dastanıdır. Şübhəsiz bu dastanın da qəhrəmanı Ali Baş Komandan İlham Əliyev və Müzəffər Azərbaycan Ordusudur.
    Konsertdə Qarabağ şikəstəsi, Bayatı Şiraz muğamların ifası muğam ocağına yeni ruh verdi. Şuşanin tarixi mövqeyi özünə qayıtdı. İndi əminliklə demək olar ki, Cabbarın, Xanın, Bülbülün, Rəşidin ruhu şaddır

    Festivalın sonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə müdrik uzaqgörənliklə söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik” sözlərinin və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşa şəhərinin azad edilməsi münasibətilə 2020-ci il noyabrın 8-də xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” təbrikinin yenidən səsləndirilməsi bayram əhvali-ruhiyyəsinə yeni ovqat gətirdi. Xüsusi duyğulu anlar yaşandı. Hətta cənab Prezidentin sevinc göz yaşları da diqqətdən yayınmadı. Müharibə ərəfəsində istər cəbhədə, istərsə də siyasi proseslərdə çətin anlar yaşandı. Buna baxmayaraq Ali Baş Komandan və Azərbaycan Ordusu tərəfindən ciddi qətiyyət və möhkəm iradə nümayiş olunaraq tarixi Qələbəmiz təmin olundu.

     

    Müəllif: Redaktor, 09:21

İsmarıclar bağlıdır.