Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May

    Mayın 31-i Dünya Tütünsüz Günüdür. Bu gün 1988-ci ildə Dünya Səhiyyə Təşkilatının (DST) Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə təsis olunub. DST və tərəfdaşları hər il bu günü qeyd edir, tü-tündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə diqqət yönəldir və dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə ef-fektiv siyasət aparmağa çağırır.
    DST-nin məlumatına görə dünyada hər il təxminən 8 milyon insan “tütün epidemiyası” səbəbindən vəfat edir. Onlardan 800 mindən çoxu passiv siqaret istifadəçiləridir. Diqqətçəkən məqam ondan ibarətdir ki, siqaret çəkən insanların yarısı 70 yaşına çatmadan vəfat edir.
    Azərbaycanda tütün istifadəçilərinin sayı təxminən 1,3 milyona bərabərdir.
    Ölkəmizdə tütünlə mübarizə sahəsində bir sıra tədbirlər həyata keçirilir. Azərbaycan 2005-ci ildə Tütünlə mübarizə haqqında DST-nin Çərçivə Konven-siyasını ratifikasiya edib. Həmçinin “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun da qəbul edilib. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi hər il tütünçəkmə ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə bir sıra kütləvi tədbirlər təşkil edir.

     

    Müəllif: Redaktor, 08:59

İsmarıclar bağlıdır.