Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May

    “101 il əvvəl 1920-ci il noyabrın 30-da Azərbaycan xalqının iradəsi, rəyi nəzərə alınmadan Zəngəzur qəzasının yuxarı hissəsi Azərbaycandan qoparılaraq rəsmən Sovet Ermənistanına verildi.
    Tariximizin qara səhifəsi olan bu bədnam hadisə Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının həmin gün keçirilən birgə iclasının qəbul etdiyi qərarla həll olundu. Qərarın “q” bəndində deyilirdi ki, Zəngəzur…Sovet Ermənistanının tərkibinə keçir. İlk mərhələdə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində saxlandı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. Zəngəzur ən qədim dövrlərdən həmin tari-xədək hər zaman Azərbaycan torpağı olub. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeridir. Zəngəzurdakı türk mənşəli toponimik adların böyük çoxluğu da bu fikri təsdiqləyir.
    XVIII əsrdə Zəngəzur mahalı Qarabağ xanlığının, çar Rusiyası dövründə isə Gəncə (Yelizavet-pol) quberniyasının tərkibinə daxil olub. XX əsrin əvvəllərində Zəngəzur mahalında 240 azərbaycanlı (türk) kəndi vardı. Hətta indiki Türkiyə və İran ərazilərindən çox sayda erməni əhalisinin köçürülməsindən sonra belə, burada beş dəfə az erməni kəndi var idi. Mahal 7 bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın. 1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində ayrıca inzibati bölgə – qəza olub.
    Birinci Dünya savaşında Rusiya və Osmanlıda baş verən hadisələrdən məharətlə istifadə edən Ermənistanın daşnak və bolşevik hökumətləri Zəngəzuru tam anneksiya etmək üçün hərbi-siyasi mübarizəni eyni israrla davam etdirdi. Bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi.Acı təəssüflər olsun ki, 23 aylıq mövcudluğu ilə qürur duyduğumuz Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Zəngəzurda törədilən qırğınların qarşısının alınması və bölgənin əldə saxlanması üçün qətiyyətli addımlar atıb düzgün siyasi qərar qəbul edə bilmədi, erməni daşnaklarının Zəngəzur və Qarabağdan təmizlənməsi kimi tarixi şans əldən verildi (Hökumətin ilk Hərbi naziri və Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun parlamentə müraciətlərini xatırlamaq kifayətdir).
    Lenin tərəfindən Zaqafqaziya üzrə fövqəladə səlahiyyətli sahibi-faktiki Qafqaz canişini təyin olunmuş Serqo Orconikidze də bu məsələdə ermənilərə dəstək verirdi. Rusiyanın xarici işlər naziri Çi-çerin 1920-ci il iyunun 2-də Orconikidzeyə məktubunda bu məsələ ilə bağlı yazırdı: “Daşnak (Ermənistan) hökuməti ilə kompromisə nail olmaq bizə vacibdir”. Bu kompromis isə Azərbaycan torpaqları hesabına daşnakların şirnikləndirilməsi, ələ alınması yolu idi.
    1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu.
    1920-ci il dekabrın 1-də N.Nərimanov Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qərarı barədə bəyanat verdi. Nərimanov həmin bəyanatda yalnız Zəngəzurun Ermənistana verilməsindən bəhs edirdi. Zəngəzurun inzibati bölgüsü ilə bağlı Azərbaycan rəhbərliyində narazılıqlar isə özünü göstərməkdə idi. Məhz buna görə Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da, qəzanın onun idarəçiliyinə keçməsi dərhal baş verməmişdi. AK(b)P MK Siyasi və Təşkilat bürolarının 1921-ci il 12 yanvar tarixli iclasında “Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili” haqqında qərar çıxarıldı. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – Kürdüstan qəzasına bölmək təklif edilirdi.
    1933-cü ildə Ermənistan SSR-in ərazisi rayonlara bölünür və Zəngəzur adı xəritədən silinir, Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı. Nəticədə, Naxçıvan digər Azərbaycan torpaqlarından ayrı salındı. Zəngəzurun Azərbaycanda qalan his-səsində Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı. 1992-93-cü illərdə isə Zəngəzurun bu əraziləri də dünya super güclərinin aktiv hərbi-siyasi dəstəyi ilə Ermənistanın işğalına məruz qaldı. Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsində zəfər çalındıqdan sonra Qubadlı, Zəngilan və Laçın rayonları erməni işğalından azad edildi.

     

    Müəllif: Redaktor, 09:29

İsmarıclar bağlıdır.