Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May

    Etibarla söhbət etdikcə Zəngəzur mahalının keçmişi və bu günü, erməni işğalının əvvəlki və sonrakı dövrü, o yerlərin əsrarəngiz gözəllikləri, buz bulaqları, şırıltı ilə axan nəğməli çayları, nadir meşələri, laləli düzləri, qarlı zirvələri və bir də zəhmətkeş insanları gəlib gözlərimin önündən keçir. Vaxtı ilə mən də o mahalın çox yerini gəzmişəm. Kim saflıq və hallalığın, hörmət və səmimiyyətin, kişilik və igidliyin nə olduğunu bilmək istəyirsə, o mahalın insanları ilə tanış olsun…
    Etibar Pirməmmədov danışır… atası Cümşüd kişidən, onun şahid olduğu erməni vəhşiliklərindən, o vaxtı azərbaycanlıların başlarına gətirilən müsibətlərdən, dəhşətli faciələrdən danışır, zülmün və zülümkarlığın Ərşə dirənməsindən, axıdılan qanlardan, verilən əzab və işgəncələrdən, bir sözlə, azərbaycanlılara qarşı törədilən erməni barbarlığından, erməni rəzalətindən söhbət açır. Mənimsə fikrimdə Zəngəzuruntarixi keçmişi vərəqlənir…

    Mənbələrdə göstərilir ki, Zəngəzur Cavidan, Cavanşir, Babək dövründə Xürrəmilər hərakatının Ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən qanlı döyüşlərin məkanı olub. Atəşpərəstliyin ən məşhur məbədgahları bu yerlərdə idi və izləri neçə-neçə abidədə yaşayırdı. Ərəblər məhz Cənubi Azərbaycan–Naxçıvan– Biçənək–Gorus–Laçın–Bərdə istiqaməti ilə hərəkət edərək, o vaxt Alban Arran adlanan Şimali Azərbaycanı zəbt etdilər.
    Bu yerlərin tarixi dərin köklərə malikdir. XI əsrin əvvəllərində səlcuq–türk imperiyasının şanlı hökmdarı Alp-Arslan Qafan şəhərini tutaraq Sünik knyaz-lığının mövcudluğuna son qoydu. 150 il davam edən səlcuqlu hökmdarlığı Zəngəzur ərazisində türk-islam nüfuzunu daha da genişləndirdi, bu yerlərdə çox sayda türksoylu tayfalar məskunlaşdı…
    Biz, əlbəttə, Zəngəzur mahalının tarixini bütünlüklə vərəqləmək istəmirik. Onu demək istəyirik ki, bu yerlərin çox qədimə gedib çıxan tarixi əsasən türksoylu tayfaların yaşayışı ilə bağlı olmuşdur. Ermənilər bu ərazilərə sonradan köçürülmüşlər.
    Monqol-Tatarlar, sonralar Əmir Teymur, I Şah Abbas bu torpaqlarda at oynatmışlar.
    Bu gün Zəngəzurun ermənilərə verilməsindən 101 il ötür. 1920-ci ilin 1 dekabrında Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verildi. Bu mahalda məskunlaşanların böyük hissəsi azərbaycanlılar olub. Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri və Kürdüstan qəzasından (Zəngilan, Qubadlı və Laçını) ibarət mahalda XX əsrin əvvəllərində 149 türk, 91 kürd və 81 erməni kəndi var idi.
    Zəngəzur Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon yerli əhali öldürülüb. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silindi. 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirildi.
    Bu torpaqlar zaman-zaman azərbaycanlıların qanı ilə suvarılıb. Erməni qəddarlığı neçə-neçə yaşayış məskənlərini xarabazara çevirib, neçə-neçə ailəni yer üzündən silib. İnsan nə qədər vəhşi xislətli olmalıdır ki, erməni kimi olsun?! Biz həmişə onlarla çörəyimizi, suyumuzu yarı bolmüşük, onlara qucaq açmışıq, pasiban olmuşuq, ən gözəl torpaqlarımızda bu nankorlara yer vermişik, onlar isə əqrəb kimi qanımıza zəhər yeritməkdən doymayıblar. Bir küçə itini həyətinə gətirib yal verirsən, qayğısında durursan, o, bunu anlayır, səninlə mehriban dolanır, erməni isə yox!
    Etibar danışır… O deyir ki, Atam Pirməmmədov Cümşüd Həsən oğlu 1890-ci ildə Sisyan rayonun Qarakilsə kəndində anadan olmuşdur. Atamgilin tayfası böyük olduğundan əkin-biçin sahəsi də böyük idi. Demək olar ki, dolanışıqları yaxşı idi.
    Bir dəfə 4 qardaş olan atamgilin və qohum-əqrəbasının biçində olduğundan istifadə edən erməni daşnaqları atamın 83 yaşlı qoca nənəsinin evdə tək olmağından istifadə edərək biçindən gələsi doğmaları üçün qaynatdığı samavarı onun kürəyinə bağlayıb oyan-buyana qaçmağına baxaraq ləzzətlə gülərmişlər. Xəbər babamgilə çatır, tez bütün biçindəki qohum-əqraba kəndə gəlir və həmin gün ermənilərlə böyük bir dava düşür. Belə davalar kənddə tez-tez baş verirdi. Ermənilər Azərbaycanlıların öz doğma yurdlarında yaşamalarını həzm edə bilmirdilər.
    Günlərin birində kənddə yaşayanların tüfənglərini qeydiyyat adı ilə polis şöbəsinə yığırlar. Atamgilin qonşuluğunda həyat yoldaşı rus olan Rubik adlı erməni yaşayırdı. Onların uşaqları olmadığından babamgil həmişə bu qonşulara əl tuturmuşlar.
    Hava qaralandan sonra həmin qonşu erməni Rubik babamgilə gələrək…” Nə durmusuz, tez kəndi tərk edin! Tüfəngləri yığılanların hamısı azərbaycanlı ailələridir. Bu axşam ermənilər evlərinizə od vuracaqlar!”.
    Babamgil tez arvad uşağı arabaya mindirib kənddən çıxararaq Naxçıvanın Biçənək kəndi istiqamətinə yola salır və kənddəki bütün azərbaycanlı ailələrinə xəbərdarlıq edirlər.
    Həmin günün səhəri çox acı açılır. Ermənilər böyük bir ordu şəklində azərbaycanlılara hücm çəkirlər. Çoxlu sayda insan təlafatı olur. O vaxtı hökümət ermənilərin törətdiklərinə göz yumurdu. 1925-ci ildə kənddə yaşayan azərbaycanlı ailələri bu vəhşiliklərdən qorxub, hərəsi bir yerə dağılırdılar. Atamgil də Naxçıvanın Şahbuz rayonunun Biçənək kəndinə qohumları gilə pənah aparırlar. Bütün bunların hamısını atam mənə danışdıqca göz yaşlarını saxlaya bilmirdi. Hələ o vaxtdan məndə ermənilərə qarşı kin, nifrət hissi oyanmışdı.
    44 günlük Vətən müharibəsində 2 dəfə hərbi komissarlığa müraciət etsəm də, yaşımı nəzərə alıb ehtiyac yoxdur dedilər.
    Mən bir Azərbaycan vətəndaşı olaraq Qələbə zəfəri ilə qalib çıxmış Müzəffər Ordumuza və Ali Baş Komandanımıza minnətdarlıq edirəm.
    Belə qanlı hadisələr nəinki, Zəngəzur mahalının Qarakilsə (Sisian) rayonunun kəndlərində baş verirdi, həmçinin azərbaycanlılar yaşayan digər bütün yaşayış məntəqələrində vaxtaşırı törədi-lirdi. Ermənilər həmişə azərbaycanlıların qanına susamış, onları min cür əzabla qətlə yetirmişlər. Sanki bu məxluq zəli kimi soydaşlarımızın qanını sormaqdan xüsusi zövq almışlar.
    Etibar Pirməmmədovun atası Cümşüd kişinin danışdığı bu iki epizod ermənilərin törətdikləri qətliamların adi bir nümunəsidir. Uzun illər öz doğma dədə-baba yurdlarımızda ermənilərin başımıza gətirdukləri müsibətlər nə yerə sığar, nə də göyə! Bunu hər bir azərbaycanlı əbədi yadında saxlamalıdır!

    Tofiq Yusif

    Müəllif: Redaktor, 09:40

İsmarıclar bağlıdır.