Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May

    Mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edən Prezident İlham Əliyev bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir və elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik.

    Türkiyə-Azərbaycan münasibətləri iki ölkə arasında olan əlaqələrdən daha yüksək səviyyədədir. İki ölkə arasındakı dostluq sağlam, möhkəm və sarsılmaz dərəcədə güclüdür. Ölkələrimiz arasında münasibətlər hər sahədə inkişaf edib. İki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş onlarla ikitərəfli müqavilələr imzalanıb. Əlaqələrimiz hərbi sahədən sənayeyə, kənd təsərrüfatından təhsilə qədər yüksək səviyyədə irəliləyir. Təhsil sahəsində əməkdaşlıq olduqca önəmlidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün çox önəmli addımlar atılmalıdır.

    Əlaqələrimizin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Türkiyə İkinci Qarabağ müharibəsinin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir.Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da bütün məsələlərdə bir-birini dəstəkləyəcək, bütün məsələlərdə bir-birinin yanında olacaqdır.

     

    Müəllif: Redaktor, 10:51

İsmarıclar bağlıdır.