Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08İyn

    Son illər ölkəmiz yalnız beynəlxalq arenada, diplomatiya və ümumilikdə daxili və xarici siyasətdə deyil, iqtisadi sferada da nəzərəçarpacaq uğurlar əldə edib. Ötən ilin ən yadda qalan siyasi hadisəsi olan İkinci Qarabağ müharibəsi Azərbaycanın yalnız hərbi-siyasi gücünü, iradəsini deyil iqtisadi qüdrətini nümayiş etdirmiş oldu.

    Azərbaycan iqtisadiyyatı çoxfunksiyalı, şaxələnmiş şəkildə inkişaf edir ki, bu da çətin sınaq olan 44 günlük müharibədə öz sözümüzü deməyə imkan verən əsas səbəblərdən oldu. İqtisadi qüdrət, siyasi və hərbi gücü tamamlayan mühüm amildir. Müharibədən sonra da ölkəmiz iqtisadi qüdrətini artırdı. Postmüharibə dövrünün Azərbaycan iqtisadiyyatını qısa şəkildə təhlil etsək görərik ki, xeyli sayda uğurlu gedişlər olub.

    Ümumiyyətlə bu bir faktdır ki, iqtisadiyyatın təhlili və inkişaf meyllərini müəyyən etmək üçün ilk növbədə makroiqtisadiyyat, pul və məzənnə siyasəti, valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində baş vermiş dəyişikliklərə diqqət yetirilməlidir. Bu mənada Azərbaycan iqtisadiyyatının şəffaflığı və sahənin liberallaşması, eləcə də milli iqtisadiyyatın stratifikasiyası davamlı inkişafı təmin edir. Azərbaycan iqtisadiyyatın şəffaflığına görə dünyada seçilən nadir ölkələrdən sayılır. Ümumilikdə iqtisadi inkişaf meyllərinə, ayrı-ayrı sahələrin ilbəil yüksək nəticələr göstərməsinə nəzər salsaq görərik ki, ölkəmizi yaxın illərdə daha da böyük inkişaf xətti gözləyir.

    Dövlətimiz vətəndaşların iqtisadiyyatın bütün sahələrindən bəhrələnməyi, iqtisadi proseslərin aktiv iştirakçısı olmağı və ən nəhayət vətəndaş məmnunluğunu təmin etməyi qarşısına əsas məqsəd qoyub. Təsadüfi deyil ki, bu gün Azərbaycanda müştəri məmnuniyyəti dövlətin iqtisadiyyat sahəsindəki fəaliyyətinin əsas prioritetlərindən biri sayılır. Məsələn uzun illərdən sonra Azərbaycan dövriyyəyə buraxılan yeni əskinaslardan istifadə zamanı ilkin mərhələdə bir sıra kiçik texniki problemlər yaşansa da, operativ yanaşma sahəsində bu cür çətinliklərin böyük hissəsi geridə qalıb. Hazırda ölkədə fəaliyyət göstərən banklar və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslara adaptasiya prosesi yekunlaşmaq üzrədir. Dövlətin çevik reaksiyası nəticəsində yaranan texniki çətinliklər öz həllini tapıb. Eyni zamanda, hazırda yenilənmiş pul nişanları ilə yanaşı, köhnə nümunəli 1, 5 və 50 manatlıq pul nişanları da paralel olaraq tədavül vasitəsidir və məhdudiyyətsiz istifadə edilir. Hazırda pul nişanlarının ödəniş terminallarında qəbulu ilə bağlı hər hansı çətinlik müşahidə olunmur.

    Azərbaycan iqtisadiyyatının inkişaf tempindən söz açarkən yalnız daxili iqtisadi amillər deyil bir sıra xarici nüansları da qeyd etmək yerinə düşərdi. Hər bir ölkənin siyasi əlaqələrinin yüksək səviyyədə olduğu dostu, əsas strateji müttəfiqi olduğu kimi onun sıx iqtisadi əlaqələr qurduğu yaxın tərəfdaşı da mövcuddur. Azərbaycan üçün belə dövlət, hər iki nüansı özündə cəmləşdirən ölkə məhz Türkiyədir. Təməlində qırılmaz dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə əlaqələri hər zaman bütün istiqamətlərdə strateji önəm daşıyıb. Ümumiyyətlə, Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir. Rəsmi Ankara 30 il ərzində olduğu kimi ötən il Vətən müharibəsi zamanı da Azərbaycana öz dəstəyini ən yüksək səviyyədə göstərdi və bu siyasi dəstək sonrakı mərhələdə özünü iqtisadi dəstəyin artmasında daha da büruzə vermiş oldu. Artıq Azərbaycan 21-ci əsrin müharibəsini apararaq öz ərazi bütövlüyünü bərpa edib və ölkəmizi yaxın gələcəkdə böyük iqtisadi yeniliklər gözləyir. Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində də yeni perspektivləri meydana çıxır. Cari ilin 29 may tarixində Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman bir daha əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirmişdi. Məlum olduğu kimi İkinci Qarabağ savaşından sonra biz yeni bir dəhliz üzərində çalışırıq Zəngəzur dəhlizi adlanan bu mühüm layihə yaxın gələcəkdə reallaşacaq. Artıq beynəlxalq müstəvidə də bunun adı məhz Zəngəzur dəhlizi kimi təsbit edilib. Bu da Türkiyə ilə Azərbaycan arasında yeni bir bağlantını təmin edəcək. Xüsusən də iqtisadi bağlantını.

    Türkiyəli nazirlə görüşü zamanı bu mühüm məsələyə toxunan Prezident İlham Əliyev deyib: “Yeni bir dəhliz açılacaq və Türkiyə-Azərbaycan arasında bu bağlantı daha da möhkəm olacaqdır. Bütün digər məsələlər də var. Hansılar ki, siz öz həmkarınızla müzakirə edəcəksiniz. Bütövlükdə deyə bilərəm ki, bu sahə həm Türkiyə, həm Azərbaycan üçün çox böyük önəm daşıyır, xalqlarımızı bir-birinə bağlayan sahədir”. Həqiqətən də Türkiyə ilə Azərbaycanın iqtisadi bağlarının daha da möhkəm, qırılmaz edəcək sözügedən dəhliz iki strateji müttəfiqin tükənməz iqtisadi potensialını birə-beş artıracaq.

    Azərbaycan yalnız daxili və xarici iqtisadi amillərdə uğurlar qazanaraq irəliləmir, tərəfdaş və müttəfiqləri ilə nəhəng layihələr qol qoymur, ölkəmiz öz qüdrətini də müəyyən nüanslarla dünyaya nümayiş etdirir, dəyişən, inkişaf edən Bakımız isə bölgədə şəfəq saçmaqda davam edir. Dövlətin inkişafını göstərən bir neçə amil var ki, bunlardan biri də idarəetmə strukturlarının yüksək səviyyədə qurulması, təkmilləşdirilməsi və maddi-texniki bazanın müasirləşdirilməsidir. Bu illər ərzində ayrı-ayrı dövlət qurumlarının yeni binaları, müasir infrastrukturla qurulan nəhəng sosial obyektlərin şahidi olmuşuq. Bu günlərdə hazır olan İqtisadiyyat Nazirliyinin yeni binası da buna sübut ola bilər. Binanın memarlıq üslubu, texniki təchizatı və ultra-müasir konsepti əslində ölkəmizin iqtisadiyyat sahəsindəki iddia və potensialından xəbər verir. Cari ilin 28 may tarixində Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş nazirliyin yeni binasının açılışı dolayısilə Azərbaycanın regionun lider ölkəsi statusunun növbəti təsdiqidir

     

    Müəllif: Redaktor, 08:53

İsmarıclar bağlıdır.