Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn

    Ölkəmiz müstəqillik qazandıqdan sonra qardaş Türkiyə ilə münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Hər şeydən əvvəl eyni soykökə, dinə, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızı sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Təsadüfi deyil ki, bu gün hər iki xalqın nümayəndələri özünü Ulu Öndər Heydər Əliyevin təbirincə desək bir millət iki dövlətin vətəndaşı hesab edirlər. Strateji baxımdan dövlətlərarası siyasi-iqtisadi əlaqələr də aramzda olan dostluq və qardaşlıq bağları əsasında daha da möhkəmlənir. Bu gün hər iki Dövlət Başçısı arasında çox isti və mehriban səmimi münasibət vardır. Məhz hər iki liderin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan və Türkiyə xalqları biri-birinin sevincinə sevinir, kədərinə şərik olmaqdadırlar. Odur ki, Əliyev-Ərdoğan birliyi Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsini, hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsini şərtləndirir. Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə daima qardaş ölkənin maraqlarını dətəkləmiş, Türkiyənin isə öz növbəsində dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkə olduğunu bildirmişdir. Həmçinin görüşlərin birində Dövlət başçısı çıxışında Türkiyənin iştirakı olmadan bölgədə və dünyada heç bir məsələnin öz həllini tapa bilmədiyini önə çəkərək bildirmişdir ki, “Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir”.

    Azərbaycan və Türkiyənin qardaşlıq münaibətləri iqtiadi sahədə əlaqələrin daha da inkişaf etməsini şərtləndirir. Bu sahədə Ölkə Başçıları tərəfindən lazımi addımlar atılmaqdadır. Artıq iki ölkə arasında qaz satışı və nəqli ilə əlaqədar sazişin imzalanması üçün müvafiq razılıqlar əldə olunmuşdur. Bu saziş Avropada aparılan enerji siyasətində hər iki ölkəni əsas faktorlardan birinə çevirəcəkdir. Eyni zamanda gələcəkdə inşa edilməsi planlaşdırılan “Nabukko” kəməri də məhz iki ölkənin birgə razılığının nəticəsində reallaşacaqdır. Bu günə qədər ölkələrimizin birgə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi hazırda Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.

    Türkiyənin 44 günlük xalqımızın haqqlı davasında da yanımızda olması bir qardaşlıq nümunəsidir. Hələ müharibənin ilk günlərindən bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etməsi qürurverici anlar idi. Eyni zamanda Türkiyə Respublikası Prezidentinin Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır kimi açıqlamalar verməsi bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. Bundan əlavə 44 günlük Vətən Müharibəsi dövründə Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu. Nə qədər bu istiqamətdə Türkiyə xarici təzyiqlərə məruz qaldısa da qardaşlıq mövqeyindən əl çəkmədi.

    01-03 iyun tarixlərində YAP nümayəndə heyyətinin Türkiyənin Ədalət və İnkişaf Partiyasının dəvəti ilə bu ölkədə səfərdə olması və nümayəndə heyyətinin Türkiyə Prezidenti tərəfindən qəbul olunması iki ölkə arasında siyasi münasibətlərin yeni bir inkişaf mərhələsinə qədəm qoyduğundan xəbər verir. Həmçinin rəsmi qəbul zamanı Türkiyə Prezidentinin ölkələrimiz arasında mövcud əlaqələrin bu günki inkişaf səviyyəsinə çatmasında Prezident İlham Əliyevin xüsusi rolunu yüksək qiymətləndirməsi hər iki liderin xalqlarımızın gələcək mənafeyi baxımından ortaq mövqedən çıxış etməsinin bariz nümunəsidir. Ona görə də inanırıq ki, bu birlik bizim münasibətlərimizi daha da inkişaf etdirəcək və dünyada siyasi, iqtisadi nüfuzumuzu artıracaqdır. YAP və AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif sahələrdə yaxınlaşmanın əsasını qoymuşdur. Bu hər iki xalqın gələcək mənafeyi baxımından yüksək qiymətləndirilməlidir.

     

    Müəllif: Redaktor, 08:37

İsmarıclar bağlıdır.