Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn

                                        QƏHRƏMAN TƏRTƏRİ GÖZLƏYƏN SABAH

    Otuz illik müharibə tariximiz təkcə özümüzü yenidən tanımağa deyil, həm də cəbhəyanı bölgələrimizi durumunu, opnun təbii coğrafi resurslarını yenidən tanımağa, yenidən öyrənməyə səbəb oldu. Bir faktı vurğulamaq yerinə düşərki, bu müharibədə Tərtər rayonu “Azərbaycanən Salinqradı adını qazandırdı. Təbii ki, bu da Tərtər rayon sakinlərinin bütövlükdə bu bölgədə yaşayanların dəyanətini, torpağa bağlılığını, xüsusilə düşmənə qarşı olan böyük qəzəblərini, həm də onların cəsarətini nümayiş etdirdi. Hər kəs gördü ki, tərtərlilər öz kəndləri, öz əkin-biçin sahələri, öz yurd-yuvaları üçün necə vuruşur, necə döyüşür. Bu isə bütöv bir müharibə salnaməsinin yalnız bir hissəsidir. Deməli, Azərbaycanın ərazi inzibati vahidi olan Tərtər rayonu bütövlükdə düşmənlə üz-üzə həm vuruşdu, həm yaşadı, həm də yaratdı.Tərtər rayonu Sovet dönəmində Mirbəşir adı ilə tanınsa da, 1991-ci ilin fevralında ona öz qədim adı qaytarıldı. Bu tarixi ədalətin bərpası təkcə ideoloji məsələ deyildi, bu həm də Azərbaycan tarixinin yeni baxışı idi.
    Deməli, coğrafi baxımdan keçmiş muxtar vilayətlə həmsərhəd olan Tərtər rayonu həm dağlıq, həm də Aran torpaqları ilə diqqəti çəkir. Yəni, buranın relyefi elədir ki, dağlıq, düzənlik, dağətəyi sahələr bir-birini tamamlayır. Rayonda məhz həmin o dağlıq hissələrdən axıb gələn çayların gətirdiyi bol suların hesabına əkinçilik zaman-zaman inkişaf etdirilibdi.
    Ümumiyyətlə kənd təsərrüfatı rayonu olan Tərtərdə həm əkinçilik, həm heyvəndarlıq, həm də bostan-tərəvəz məhsullarının istehsalına hər zaman diqqət göstərilib. Bu gün də həmin proses davam etdirilir.. Ərazi baxımından Ağdam, Bərdə kimi rayonlarla həmsərhəd olan Tərtərdə həyatın inkişaf səviyyəsi də demək olar ki, son illərdə xeyli dəyişibdi. Əgər gözümüzün önünə ötən əsrin 80-90 illərini gətirsək, onda görərik ki, həmin zaman kəsiyində respublikamızın bir çox bölgələri kimi Tərtərdə də daha çox əkin-biçinə , heyvandarlığın inkişafına diqqət yetirilib. Doğrudur, rayonun mərkəzində və daha böyük yaşayış məntəqələrində sosial obyektlər mövcud idi, am-ma bütün bunlar nə zamanın tələbinə cavab vermirdi, nə də rayonun görünüşünü qabartmırdı, diqqətə təqdim etmirdi. Tərtər daha çox bir kənd rayonu olaraq öz missiyasını yerinə yetirirdi. Lakin torpaqlarımızın işğalı və Qarabağ savaşının başlanması Təırtərdə proseslərin gedişinə çox ciddi təsir göstərdi. Belə ki, Qarabağın erməni sakinləri indi yaşadığı həmsərhəd kəndlərdə vəziyyət demək olar ki, kökündən dəyişdi. Hər bir edilən həmlələr, atılan top və qrad mərmiləri bu kəndlərdə həyatı demək olar ki, iflixc etmişdi. Adamlar öz təssərrüfatlarinda gecə işləməyə məcbur olmuşlar. Hətta suvarma işləri ilə bağlı ermənilərin yatratdığı problem torpaqların boş qalmasına səbəb olmuşdu. Bu da öz növbəsində rayonun iqtisadi büdcəsinə və əhabazar zənbilinə çox ciddi təsir göstərmişdi.
    Zəfərlə nəticələnən müharibəmizin nəticələrini aradan qaldırıldığı indiki zamanda Tərtərdə böyük işlərə start verildi. Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Regionların İnkişafı-na Dair Dövlət Poqramı”na uyğun olaraq digər ərazilərdə olduğu kimi Tərtər də də planlı şəkildə quruculuq abadlıq işlərinə başlanılmışdır. İlk öncə əhalinin su təminatı aradan qaldırılmağa başlanılıb. Ona görə də bu il Tərtərdə əkin altındaki torpaqların ərazisi daha böyükdür. Bu da o deməkdir ki, həm Tərtərin özündə, həm ölkənin bazarlarında Tərtər məhsulunun çeşidi və həcmi böyük olacaqdır. Suvarma məsələlərinin həlli ilə yanaşı rayonda dağıdılmış yolların bərpası və bir qisminin də yenidən çəkilməsi istiqamətində planlı işlər aparılır. Ağır döyüşlərin getdiyi Tərtər ərazisində yol strukturuna köklü ziyan dəymişdir. Məhz aidiyyatı qurumların apardığı hesablamalara uyğun olaraq daha müasir yolların çəkilməsi, mövcud işə yarayan yolların tam təmir edilməsi istiqamətində demək olar ki, kompleks işlər götrülür. Tərtər rayonunda taxılçılığın, meyvə və istehsalının, eləcə də digər məhsullarının həm çeşidinin, həm də kəmiyyətinin artırılmasının istiqamətində planlı işlər görülür. Münbit torpağın malik olduğu bu rayonda sovet dönəmində olduğu kimi üzümçülük sahəsinə də diqqət yetirilir, pambıqçılıq inkişaf etdirilir. Rayon ərazisində pandemiya dövrünün tələblərinə uyğun olaraq əmək fəaliyyəti nizamlanır ki, bu da insanların yoluxma ehtimalını xeyli aşağı salır. Adamlar daha çox kənd təssərrüfatı ilə məşğul olduqlarından onların zəruri qoruyucu vasitələrdən istifadəsi, dezinfeksiya işləri də nəzərdən qaçırılmır. Elə bu səbəndən dir ki, rayondda virusdan mübarizə sahəsində görüklən planlı işlər daha uğurludur.
    Bu gün Tərtər rayonu daha çox Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki Suqovuşan və Talış həm strateji obyekt, həm də sakinlərin su və elektrik təchizatı baxımından daha çox ehtiyac duyduğu nöqtələr idi. Deməli, Suqovuşan azad edilməsi ilə böyük bir ərazinin suvarma problenmi də aradan qaldırılmışdı. Bütün bu söylənilərlə yanaşı, Tərtər rayonu mövcud tarixi memarlıq abidələri hər zaman diqqət çəkən olubdu.
    Yaşı ötən əsrlərə gedib çıxan bu abidələrin hər biri göstərir ki, rayon insanların daha çox məskunlaşdığı , sığındığı ərazilərdən olub. Məhz bunu nəzərə alaraq bu gün Tərtəri bir qəhrəman şəhər kimi köklü şəkildə yerdən tikib, qurub abadlaşdırmaq və onu həm layiq olduğu, həm də tələb olunan müasir yaşayış məskənləri slırasına çıxarmaq lazımdı. Bunun üçün ölkə prezidentinin diqqət və qayğısından yararlanmaq aidiyyatı qurumların əsas vəzifəsi olmalıdır. Onu da qeyd etmək la-zımdır ki, Tərtərdə həm kənd təssərrüfatı, həm də sənaye sahələrinin inkişaf etdirilməsi üçün proqramlı şəkildə fəaliyyətr göstərilməlidir. Bu ada öz növbəsində Azərbaycanımızın şöhrətinin və gözəlliyinin artırılmasına verilən töhfə olar.

    Əbülfət Mədətoğlu,
    “Ədalət” qəzeti

    Müəllif: Redaktor, 10:18

İsmarıclar bağlıdır.