Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn

    Türkiyənin Uşaq Oyunları və İdman Kulubları Federasiyasının başqanı Mehmet Mutlunun və YAŞAT Fondunun birgə həyata keçirdiyi “Hədiyyə karvanı” Vətən müharibəsi şəhidlərinin övladları üçün bu dəfə Tərtər rayonunda oldu.
    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Türkiyədən gələn qonaqlar ilə görüşü zamanı onlara bu nəcib layihənin icrası üçün minnətdarlığını ifadə etdi. Bunun bizim üçün çox böyük mənəvi dəyəri olduğunu, iki millət arasında olan qardaşlıq münasibətlərinin doğma Qarabağımızın azadlığı uğrunda apardığımız haqq savaşında düşmənlərimizin süqutunda müstəsna rol oynadığını və bu birliyin bütün dünyaya əbədi dərs olduğunu bildirdi.
    Vətən müharibəsində düşmən vandalizminə ən çox məruz qalan rayonlardan birinin də Tərtər rayonu olduğunu bildirən rayon rəhbəri qeyd etdi ki, 44 gün davam edən Vətən müharibəsi ərzində düşmən Tərtərə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
    Rayon rəhbəri layihənin icrası ilə əlaqədar qonaqlarla birlikdə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər. Şəhidlərin övladlarına müəyyən anlama və həlletmə bacarıqları tələb edən oyuncaq hədiyyələr, idman geyim dəstləri, qoruyucu maskalar, jurnallar bağışlandı.

     

    Müəllif: Redaktor, 12:18

İsmarıclar bağlıdır.