Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn

    Şəhid gizir Mirzəli Rəşad Hafiz oğlu 26 may 1995-ci ildə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Murovdağ və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Suqovuşan uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
    Şəhidin doğum günündə Hacıqərvənd kəndində onun adına olan bulağın açılışı olub.
    Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbə-sinin rəisi Elşən Abdullayev, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri qoyaraq Vətən uğrunda şəhid olan oğulların xatirəsini yad ediblər.
    Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov
    44 günlük Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını diqqətə çatdırıb, Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun monolit birliyindən bəhs edib və şəhidin keçdiyi şərəfli döyüş yolundan danışıb.
    Rayon rəhbəri həmçinin qeyd edib ki, Vətən müharibəsində Tərtər rayonuna 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
    Rayon icra başçısı kənd məzarlığında şəhid Mirzəli Rəşadın və birinci Qarabağ müharibəsi şəhidlərinin də məzarlarını ziyarət edib.
    Sonra şəhidin ailəsində olub, valideynlərinin qayğıları ilə maraqlanıb. Rayon rəhbəri bildirib ki, 26 yaşını qeyd etmək ona nəsib olmasa da, keçdiyi həyat yolu və ucaldığı məqam bir ömürə sığmayacaq qədər şərəflidir. Göstərdiyi döyüş rəşadəti, yüksəldiyi uca zirvə ilə indi hər kəs onunla qürur duyur.
    Şəhidin ailəsi şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası-nın prezidenti İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əli-yevaya öz minnətdarlıqlarını bildiriblər.

     

     

     

     

     

     

     

     

    Müəllif: Redaktor, 12:32

İsmarıclar bağlıdır.