Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 14İyn

    Keçəl Həmzə adında bir məmur yol gedərkən bərk acır. Restorana da xeyli yol qalıbmış. Gedib çatınca acından lap heydən düşər.
    Keçəl Həmzə buralara yaxşı bələd idi. Bilirdi ki, qənşərindəki evdə bir qoca, kimsəsiz arvad olur. Qara rəngli, çox bahalı maşınından düşüb qapını yavaşca taqqıldatdı. İçəridən hay verən olmadı. Birdən yadına düşür ki, qoca arvaddı, qulaqları ağır eşidər. Ona görə yerdən bir samballı daş götürüb qapıya vurur. Heç yarım dəqiqə keçməmiş qapı cırıldaya-cırıldaya aralanır. Qarı nənə başını qapıdan çıxarıb deyir:
    -Kimsən, a bala?
    Keçəl Həmzə dillənir:
    -Mənəm, ay nənə, allah qonağı.
    -Keç içəri, ay oğul, allaha da qurban olum, qonağına da.
    Keçəl Həmzə içəri keçir. Soruşur ki:
    -Otaq niyə qaranlıqdır, ay nənə?
    -Qaranlıq, olmayıb neyləsin, ay oğul. Bir həftədir gəlib kəsdilər. Dedilər işığa borcum var.
    -Bəs köməyin yoxdumu?
    -Bir nəvəm vardı. Allah onu da mənə çox gördü, şəhid oldu.
    -İşıq pulunu niyə vermirsən? Pensiya ki alırsan.
    -Nəynən verim, ay bala, pensiyanın da yüz dərdi var. Hansı birinə çatsın ki?
    -Qarı nənə, üzlülük olmasın, möhkəm acam, heyim qalmayıb. Düyüdən, yağdan nəyin var, plov dəmləyəsən?
    – Kəfənim var ki, gorum da ola, ay bala? Düyü üzünə də həsrətəm, yağ üzünə də.
    Keçəl Həmzə tez cibindən bir çəngə pul çıxarıb hesabladı. Düyü ilə yağa yetik pul verdi.
    Qarı nənə evinin böyründəki marketə gedib düyü, yağ aldı. Pulunu verəndə satıcı qız nədənsə bir xeyli qarı nənəni süzdü, sonra da çiyinlərini çəkdi. Yəqin ki, çoxdandır onu marketdə görmürdü.
    Qarı nənə çöldəcə ocaq çatdı, evin barısının dibinə yığdığı kərpicdən gətirib üç bucaq elədi. Qazanı da su ilə doldurub qoydu ocağın üstünə. Su qaynayana qədər düyünü elə çöldəcə arıtlayıb tökdü qazana.
    Keçəl Həmzə maraqdan bir də sual verdi:
    -Qarı nənə, qaz ola-ola niyə çöldə ocaq qaladın?
    -Ordan-burdan quru çıl-çılpı yığmışam, ay oğul. Qazı işlədərəm, qorxuram qurtarar, yükləməyə pulum da çatmaz. Qa-baqdan soyuqlar gəlir.
    Qarı nənə plovu dəmləyib güclə böyük bir siniyə sı-ğışdırdı. Düyü sən demə artımlı düyü olub. Sinidəki, yalan olmasın, üc-dörd nəfərin ye-məyi idi.
    Ac adam, qabağında da buğlanan plov. Keçəl Həmzə qarı nənəyə təklif etmədən yekə bir qaşıqla düşdü plovun üstünə. Qarı da düşündü ki, təkbaşına bu qədər plovu necə yeyə bilər? Yəqin özü demir, axırda payımı saxlayar.
    Qarı bir də gördü ki, belə yeməklə təpə kimi plovdan bir şey qalmayacaq. Yadına qonağı olmuş Koroğlu düşdü. Salavat çevirib bir rəhmət oxudu. Axı, Koroğlu yeməyə başlamamış qarıya demişdi:- “Gəl sən də ye, ay nənə”.
    Keçəl Həmzə “rəhmət” sözü eşidib soruşdu:
    -Kimə rəhmət oxuyursan, ay arvad?
    -Koroğluya, o da qonağım olub.
    -Getdi Koroğlu, ay nənə, getdi. Bir daha gələsi olmayacaq.
    Qarı bərkdən deməsə də, öz-özünə mızıldandı:
    -Düz deyirsən, ay oğul, Koroğlu gəlsəydi, Keçəl Həmzə Həmzə bəy olardımı?
    Keçəl Həmzə sinini tamam silib-süpürüb, qarı nənəyə pay nədir, beş-altı düyü də qoymadı qalsın. Qarı dinmədi. Dinib nə deyəsiydi?
    Keçəl Həmzə elə ki, toqqanın altını bərkitdi, istədi Koroğlusayağı bığlarını eşib qulağının arxasına dolasın, yadına düşdü ki, onun yerli-dibli bığı olmayıb.”Yolçu yolda gərək”- dedi. Qarı nənə də onunla bərabər bayıra çıxdı ki, yaxşı deyil, qonağı yola salsın.
    Keçəl Həmzə qara, bahalı maşınının yanına gəlib, əlini üstünə sürtdü, yekəxana görkəmi alıb qarı nənəyə dedi:
    -Hə, qarı nənə, necədir? Görürsən, bu da mənim Qıratımdır? Koroğlu yaxşı oğlan olardı, yoxsa mən?
    -Nə bilim, ay bala? Orasını-burasını deyə bilmərəm, amma qarı nənənin payını yeyəndən Koroğlu olmaz.

     

    Müəllif: Redaktor, 09:15

İsmarıclar bağlıdır.