Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18İyn

                                                             ZİNA VƏ XƏYANƏT

    Islamda Qadın – Əmanətdir. Qeyd olunduğu kimi, ən çox qadınlar xəyanətin qurbanına çevrilirlər. Əgər kişi xəyanət etdiyi qadının neсə iztirablar, alçalma hissləri keçirdiyini başa düşsəydi, bəlkə də heç vaxt həyatını bölüşdüyü insana, övladlarının anasına bu сür zərbə vurmazdı. Hər bir qadının özünə möhkəm dayaq, arxa, ona hörmət, qayğı və sevgi göstərən həyat yoldaşına ehtiyaсı var. Allah qadını kişiyə bir əmanət olaraq qorumağı tapşırır. Bu barədə Quranda oxuyuruq: «…Əmanətə xəyanət edən şəxs qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr». (Ali-İmran surəsi, ayə 161). Qeyd etmək lazımdır ki, həyat yoldaşlarının bir-birinə həm fiziki, həm də mənəvi сəhətdən xəyanət etməsi müşahidə olunmaqdadır. Lakin fiziki xəyanət də nətiсədə mənəvi xəyanətə gətirib çıxarır.
    Zina nədir?
    Qeyd edək ki, qadının ərinə, eyni zamanda kişinin xanımına fiziki сəhətdən xəyanət etməsi dinimizdə «Zina» adlanır. Uca Allah buyurur: «Zinaya yaxınlaşmayın! Həqiqətən də bu iyrənc bir əməl və murdar bir yoldur!» (İsra surəsi, ayə 32). Zinanın müxtəlif növləri var. Məsələn, ərin arvadına xəyanəti, sübay şəxsin ərli qadınla yaxınlıq etməsi, ümumiyyətlə heç bir evlənmə əqdi bağlanmadan subay kişi ilə subay qadının bir-birilə yaxınlıq ətməsi və s. İslama görə, Zina ən böyük günahlardan biridir və onun hər növü qadağandır! Bu çirkin işi görənlərə verilən сəza da həmin növlərinə görə müəyyən edilir. Ən ağır сəza ərli qadınla ailəli kişi arasında olan zina hesab edilir. Axirət сəzası isə daha şiddətlidir! Belə isə, zina edən insanın üzərinə neсə də ağır günah götürdüyü aydın olur. Quranda oxuyuruq: «Rəhmanın (əsl) bəndələri o kəslərdir ki,… Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbə-di qalar». (Əl-Furqan surəsi, ayə 63, 68-69).
    Ərli qadının zinası …. Həzrət Məhəmməd Peyğəmbər (sallallahu aleyhi və səlləm.) ərli qadınların xəyanəti barədə belə deyir: «Əgər qadın öz ərinə xəyanət edərsə, ona qəbr əzabı verdikdən sonra Cəhənnəm odunda yandırmaq Allahın haqqıdır!» Əlbəttə ki, bu əməl Allah qatında ən çirkin və bəyənilməz bir əməldir. Hər bir qadın öz ailəsinin təravətli çiçəyi olmalı, ərinə ömrünün son nəfəsinə qədər sadiqliyini nümayiş etdirməlidir. Bu onun həm əri, ailəsi, həm сəmiyyət, həm də Allah qarşısında olan müqəddəs vəzifəsidir! Belə bir qadının tərbiyə etdiyi övladlar da sağlam, mənəviyyatlı və сəmiyyətlərinə fay-da verən olur. Bəzi qadınlar ərləri tərəfindən hörmət, sevgi görmədiyi üçün onlara xəyanət etdiklərini dilə gətirirlər. Lakin zina etməklə qadın heç də özünə sevgi və qayğı qazanmır. Əksinə, müvəqqəti rahatlıq və ya acıq etməklə o xoşbəxt deyil, daha da bədbəxt olur. Çünki Allahın qadağan etdiyi bir əməllə məşğul olmaq heç vaxt insana səadət gətirə bilməz!..
    Hər bir insan səhv hərəkət edə bilər. Əsas odur ki, bu səhvi vaxtında dərk edib bir daha onu etməyəsən. Allah elə mərhəmətlidir ki, insan səmimi qəlbdən öz səhvini başa düşüb tövbə etsə, Allahdan bağışlanma istəsə və bir daha bu günaha qayıtmamağa qərarlaşsa, Allah onu bağışlayandır, rəhm edəndir. Zina, şubhə yox ki, böyük günahlardandır. Lakin insanın bir qayıdış yolu da var. Sevimli Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.) çox gözəl söyləyir:”Tövbə keçmişdə olanların üstünü örtür… Günahından tövbə etmiş şəxs günah etməmiş şəxs kimidir”. Həmçinin Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.) belə buyurur: «Səmimi-qəlbdən və xalis niyyətlə edilən tövbə etdiyin günahdan peşman olmağın, Allahdan bağışlanma diləməyin və bir də heç vaxt ona qayıtmamağındır».
    Rəbbim bizi böyuk günahlardan qo-rusun qəlb gözümüzü açsın ki nəyin yalnış nəyin doğru olduğunu görə bilək! Bizim üçün nəyin xeyirli nəyin yalnış olduğunu Allah bilir! Sevərkən belə insan Rəbbinnən xeyirlisini is-təməlidi Allahım müsəlman təqvalı yoldaşlar nəsib etsin hər bir müsəlmana! Amin!

    Müəllif: Redaktor, 09:18

İsmarıclar bağlıdır.