Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18İyn

    Müəllim peşəsi həm şərəfli, həm də məsuliyyətli peşədir. Hər yerdə müəllim
    əməyinin izləri, zəhmətinin bəhrəsi görünür. Ta ilk məktəbə gələndə əlimizə qələm tutmağı öyrədən müəllimdən başlamış elmlərin sirlərini aşılayan müəllimədək hər birinin öz yeri olur ürəkdə. Xatırlananda böyük məhəbbətlə xatırlanır. Böyük məhəbbəti ürəklərdə qazanmaq üçün müəllimin bacarığı, onun şagirdlərə yanaşma tərzi, keçdiyi dərsi öyrətmə səriştəsi və bu kimi xüsusiyyətlər böyük rol oynayır. Bütün bu keyfiyyətlər yeniyetmələrin gələcək həyat yolunda əsaslı rol oynayır.
    Hazırda ümumtəhsil məktəblərində öz peşəsinin vurğunu olan,
    özünü şagırdlərinə sevdirən, savadı və bacarığı ilə fərqlənən həm yaşlı nəslin nü-mayəndəsi, həmçinin orta yaşlı və gənc nəslin nümayəndələri çalışır. Həm təhsil illərində öyrəndiyi, həm də çiyin-çiyinə çalışdığı iş yoldaşlarından öyrəndiyi təcrübə gənc müəllimin dadına çatır.
    Bunu Səbuhi müəlimlə söhbətdə daha aydın sezmək olur. Səbuhi Kərimov Mamırlı kənd tam orta məktəbin coğrafiya müəllimidir. O tez-tez redaksiyamızın qonağı olur. Maraqlı fikirlərini və məktəbdə apardığı metodiki işlər barədə bizə söyləyir. Bunun da əsas səbəblərindən biri Səbuhinin ilk iş yerinin “Yeni Tər-tər” qəzeti redaksiyası olmasıdır. Söz düşəndə özü də deyir ki, mənim ilk fəaliyyətimin rayon qəzetindən başlaması, baş redaktor Tofiq Yusifin mənə ata münasibəti göstərərək doğru mövqe tutmağa yönləndirməsi bu gün mənim Səbuhi müəllim kimi tanınmağıma stimul olub. Ona görə də hər bir uğurumda məbəd saydığım bu məkana və onun öncülünə minnətdaram.
    Səbuhi müəllimlə söhbətdən öyrəndim ki, o bahar ətirli bir gündə – 1984-cü il mart ayının 24-də Tərtər şəhərində anadan olub. Elə özünün də yaradıcı olması bəlkə onun baharda doğulmasıdır.
    Səbuhi müəllim orta məktəb təhsilini Bakı şəhərində alıb. 1991-2001-ci illərdə Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasında oxuyub. Elmə, təhsilə marağı ilk olaraq aşılayan, tarix fənnini tədris edən Şəmsiyyə Sultanovadan öyrənib. Şəmsiyyə müəllim həm də humanitar kollecdə onun sinif rəhbəri olub,–deyir. Bu gün təhsildə tədbiq etdiyim pedaqoji təcrübəm Şəmsiyyə müəllimin öyrətdiyi proqramla gedir. O mənə müəllim-şagird davranış qaydalarını, şagirdin təhsilə marağında nələrdən istifadə etmək bacarığını öyrədib. Bu gün mənim özümü xoşbəxt və şanslı hesab etməyə haqqım var. Addım atdığım “ilk” lərdə peşəkar və xeyirxah insanlarla qarşılaşmışam
    Səbuhi müəllim bir yerdə dayanmağı xoşlamır. Orta məktəb təhsilindən sonra 2001-2005-ci illərdə Göyçay Dövlət Humanitar kollecində ibtidai sinif müəllimi, 2005-2010-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında tarix-coğrafiya ixtisası üzrə təhsil almışdır. O, ictimai işlərdə fəallıq göstərən biridir. 2007-2015-ci illərdə Tərtər şəhər bələdiyyəsində vergi müfəttişi vəzifəsində çalışıb. YAP Tərtər rayon təşkilatının üzvüdür. Neçə dəfə Təhsil şöbəsi və rayon icra hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunub. Kompüter kursunu bitirməsi barədə, Təhsil Nazirliyi Təhsil işcilərinin Peşəkar İnkişaf İnstitutunun (TİİPİİ) Coğrafiya ixtisas sahəsi üzrə 120 saatlıq ixtisas artırma kursunda iştirak etməsi barədə sertifikat almışdır.
    2016-2021-ci illərdə gənc nəsilin təlim-tərbiyəsində fəal iştirakına görə Azərbaycan Təhsil İşciləri Həmkarlar İttifaqı Hərakatında xidmətlərinə görə Tərtər Rayon Komitəsi tərəfindən medalla mükafatlandırılıb. Bütün bunlar Səbuhi müəllimin daha həvəslə çalışmasına səbəb olub. 2019-cu ildə onun dərs dediyi səkkizinci sinif şagirdi Murad Qarayev fənn yarışmasında rayon üzrə 1-ci yerin qalibi olmuşdur. Məktəbdə müxtəlif tədbirlərin hazırlanmasında, şagirdlər arasında intellektin artırılmasında bir müəllim kimi onun zəhməti məktəb direktoru və rayon təhsil şöbəsinin müdiri tərəfindən təqdirəlayiq hesab olunur.
    Bu gündən sonra Səbuhi Kərimovu daha uğurlu illər gözləyir. İnanırıq ki, o şagirdlərin təhsilində, vətənpərvərliyində qazandığı təcrübədən daha məharətlə istifadə edəcəkdir. Bu yolda ona uğurlar diləyirik.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 09:29

İsmarıclar bağlıdır.