Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

    Rayonun Ağsaqqallar Şurasının hesabatseçki konfransı keçirilib.
    Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının sədrinin birinci müavini, iqtisad elimlər doktoru, professor Vahid Novruzov, rayon Ağsaqqallar Şurasının üzvləri iştirak edib.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını salamlayıb və ağsaqqal hərəkatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından, ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan danışıb.
    Respublika Ağsaqqallar Şurasının sədrinin birinci müavini, iqtisad elimlər doktoru, professor Vahid Novruzov çıxış edərək ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından bəhs edib.
    Konfransda rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev görülən işlər barədə hesabat verib. Tədbirdə ağsaqqallardan Rauf Həsənzadə, Ələddin Süleymanov, Mənsim Allahverdiyev çıxış ediblər.
    Sonda təşkilati məsələlərə baxıldı, Tərtər Rayon Ağ-saqqallar Şurasının Əsasnaməsi təsdiq edildi, Məmmədov Faiq Mərdan oğlu Şuranın sədri seçildi İdarə heyətinin və Təftiş komissiyasının tərkibi təsdiq olundu.

    Müəllif: Redaktor, 11:56

İsmarıclar bağlıdır.