Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 13İyl

    15 iyun 2021-ci il tarixdə biz mühüm bir tarixi hadisənin şahidi olduq. Azərbaycan və qardaş Türkiyə arasında unikal bir müttəfiqlik nümunəsi “Şuşa Bəyannaməsi” imzalandı. Bu sənəd hər iki ölkə, o cümlədən region üçün mühüm tarixi əhəmiyyət daşıyır. Birinci növbədə bu müttəfiqlik bəyannaməsi xarici maraqların toqquşduğu bölgədə Ölkəmizin apardığı azad siyaətin məntiqi nəticəsidir. Eyni zamanda bu bəyannamə ilə Azərbaycan Türkiyə münasibətləri yeni bir mərhələyə qədəm qoydu. Burada əks olunan müddəalarda siyasi, iqtisadi, ideoloji, humanitar məsələlər öz əksini tapmış, bütün sahələrin davamlı inkişafı üçün şərait yaranmışdır.

    Şuşa Bəyannaməsi eyni zamanda Ermənistanda mövcud olan revanşist qüvvələrin seçkiqabağı torpaqları yenidən azad edəcəyik mövzusunda səsləndirdikləri şüarları alt-üst etdi. İndi Ermənistanda bəzi nüfuzlu şəxslər o cümlədən Vartan Arutyunyan, Georgiy Vanyan, Edqar Xaçatryan kimi tanınmış hüquq müdafiyəçiləri, tanınmış bloger İşxan Verdiyan və digəriləri yaxşı anlayırlar ki, sülh şəraitində yaşamaqdan başqa çıxış yolu yoxdur.Bundan əlavə Nikol Paşinyanın da Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirən sətraltı ifadələri onu deməyə əsas verir ki, erməni xalqı aydın görür ki, blokadadan çıxmağın yeganə yolu Azərbaycanla qonşuluq münaibətlərindən asılıdır.

    Bu gün işğaldan azad olunmuş ərazilərdə geniş tikinti quruculuq işləri aparılır. Ona görə də güman etmək olar ki, inkişaf etmiş, toleyrant, multikultural Azərbaycan, vaxtilə Qarabağda yaşamış ermənilərin də marağına səbəb olmaya bilməz. Hətta bunun onlar üçün bir tarixi imkan olduğunu da demək olar.

    Bu arada regionda mövcud vəziyyətlə əlaqədar dünyanın böyük güclərindən sayılan ABŞ- ın da münasibəti maraqlı oldu. Belə ki, birinci növbədə erməni lobbisinin inkişaf etdiyi bu ölkədə bəzi siyasətçilər höküməti Azərbaycana və Türkiyəyə qarşı ciddi addımlar atmağa çağıraraq, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin bu il də dayandırılmasının əleyhinə çıxışlar edirdilər. Ancaq əksinə ABŞ Höküməti regionda Türkiyə və Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsini mühüm istiqamət seçdi. Bundan əlavə iyun ayının 14-də NATO Sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında məhsuldar görüşlərin keçirilməsi və tərəflərin biri-birinə səmimi münasibəti bu qüvvələrə bir daha tarixi dərs vermiş oldu. Eyni zamanda NATO ölkəsi olan Türkiyənin xüsusi çəkisini daha da artırdı. Baxmayaraq ki, bu qüvvələr bunun tam əksini düşünərək ABŞ Prezidentinin Türkiyəyə qarşı ciddi siyasi mesajlar verəcəyini zənn edirdilər. Ancaq məhz Rəcəb Tayyib Ərdoğanın Baydenlə görüşündən bir gün sonra Şuşaya səfəri ermənilərin bütün gözləntilərini alt-üst etdi.

    Bu gün Ermənistanda mövcud vəziyyəti düzgün qiymətləndirən insanlar yaxşı anlayırlar ki, çıxış yolu sülh imkanlarından istifadə etməkdədir. Burada Ölkə Prezidenti İlham Əlyevin də regionda sülhün və sabitliyin əhəmiyyətini daima öz bəyanatlarında səsləndirməsi mühüm əhəmiyyət kəsb edir. Güman edirəm ki, sadə erməni xalqı bunu səmimi qəbul edir. Çünki, kommunikasiyaların açılması regionda bütün ölkələrin o cümlədən Ermənistanın da xeyrinə olacaqdır. Bundan əlavə yaxın vaxtlarda azad olunmuş ərazilərdə yaradılmış sosial-iqtisadi şərait, turizm imkanları, burada yaşayan əhalinin sosial rifahı ermənilərin xüsusi diqqətinə səbəb olacaqdır. Bu imkanlar onları vətəndaşlığımızı qəbul etməklə öz yaşadıqları ərazilərimizə qayıtmağa məcbur edəcəkdir.

    Bir daha qeyd olunmalıdır ki, Ermənistanda ölüm qalım təzadının yaşandığı bir zamanda Azərbaycan qardaş Türkiyə ilə “Bir millət, iki dövlət” ideyasını daha da inkişaf etdirdi və hər iki xalqın ümumi mənafeyinə xidmət edən keyfiyyətcə yeni bir mövqe ortaya qoydu. Bu mövqe hər iki ölkənin siyasi, iqtisadi, müdafiyə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki birgə inkişafını təmin edəcəkdir. Bildiyimiz kimi ötən dövr ərzində iki ölkə arasında qarşılıqlı əməkdaşlıqla əlaqədar bir sıra müqavilələr imzalanmışdır. Bunlardan 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”nu, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni qeyd etmək olar. Ancaq Şuşa Bəyannaməsi bu qardaşlığın və əməkdaşlığın inkişaf etmiş ən pik nöqtəsi hesab olunmalıdır.

    Ümumiyyətlə Şuşa Bəyannaməsində erməniləri və onların havadarlarını narahat edən müddəalardan ən əsası tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə təhdid olduğu halda qarşılıqlı yardımın göstərilməsi məsələsi oldu ki, bu da hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Həm də bu müddəa Qafqazda sülh və təhlükəsizliyin qarantı rolunu oynayacaqdır.

    Burada iki dövlətin silahlı qüvvələrinin yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi və bu istiqabətdə sıx əməkdaşlığa dair müddəa Azərbaycanı böyük hərbi gücə malik qardaş Türkiyə ordusunun təcrübəsindən istifadə etməyə imkan verəcəkdir.

    Beynəlxalq təşkilatlar müstəvisində tərəflərin biri-birinin maraqlarını qoruması və dəstək nümayiş etdirməsi məsələsinin də Bəyannamədə öz əksini tapması iki ölkə arasında ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə səbəb olacaqdır. Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərilməsi hər iki ölkə üçün vacib məsələdir.

    Müəllif: Redaktor, 15:33

İsmarıclar bağlıdır.