Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16İyl

    Hər gün səhər-səhər qarşılaşdığım mənzərəni qələmə almaq fikrinə düşdüm. Bununcün hər gün gördüyüm iki qadına yaxınlaşıb:
    –Sabahınız xeyir! Siz harada işləyirsiniz?–deyə, soruşdum. Hər ikisi “Dost Xidmətində”- dedi.
    –Kommunal xidməti müəssisəsində? Saleh müəlimin yanında?– deyə, maraqlandım.
    Yox, Hafiz müəllimin.
    Beləliklə, öyrəndim ki, hər gün rastlaşdığım bu qadınlar Hafiz Ələkbərovun rəhbərlik etdiyi Mənzil İstehsalat Təmiri müəssisəsində çalışırlar. Onların haqqında yazmaq istədiyimi bildirdim. Ona görə də müəssisənin rəhbəri Hafiz müəllimə fikrimi çatdırdım. O, işçiləri haqqında xoş sözlər söyləyərək dedi ki, müəssisəmizdə təmizlik işinə baxan 35 nəfər var. Bu qadınlar onlardan ikisidir– Ofelya Şəmilova və Elnarə Aslanova. Hər ikisi çox işgüzardır.
    Həqiqətən də, bu qadınları hər gün işlərini ürəklə yerinə yetirdiklərini görürdüm. Ərazidə yerləşən iki və beş mərtəbəli binaların həyətlərinin təmizliyinə baxırlar. Hafiz müəllim daha 3 nəfər işci haqqında da xoş sözlər söylədi. Mehman İmanov, Vahid Hacıyev və Elmir Rəhimov. Bu 5 nəfər Nizami küçəsindəki ictimai binaların ətrafının təmizliyi, ağacların suvarılması, ot basmış yerlərin biçilməsi işlərinə baxır. Hər biri sadə, zəhmət adamıdır. Hafiz müəllim dedi ki, onların haqqında yazmaq istədiyinizə, diqqətinizə görə minnətdarlıq edirəm. İşcilərimiz ruzilərini halallıqla qazanırlar. Çoxmərtəbəli binalarda yaşayan sakinlər də bu zəhmət adamlarından razılıq edirlər.
    Artıq mən də bu qadınları – Ofelya və Elnarəni hər gün iş başında görməyə vərdiş etmişəm. Bir gün onları binaların ətrafında görməyəndə təlaşlanıram. “Görəsən nə olub ki, görünmürlər?”.
    Qarlı qış günündə, yayın qızmarında öz peşələrində ürəklə çalışan bu insanlara can sağlığı arzulayıram.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 08:55

İsmarıclar bağlıdır.