Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16İyl

    HALAL RUZİ

    Kamil bir palançı olsa da insan,
    Yaxşıdır yarımçıq papaqçılıqdan.

                                                                 (Nizami Gəncəvi)
    İnsanın kamilliyi onun peşəsi ilə yox, ağlı, zəkası ilə ölçülür. İnsan sözün həqiqi mənasımda İnsan olmalıdır və mənası yoxdur ki, sən hansı peşənin sahibisən. Ailəni halal ruzi ilə saxlayanlar həmişə Tanrı yanında da əziz olublar.
    Sadə peşə adamlarından söz düşəndə İlqar Sadıqovun adı fəxrlə çəkilir. O, bərbər peşəsində çalışır.
    İlqar 1968-ci ildə Tərtər rayonunun Buruc kəndində doğulub, orada boya-başa çatıb. İlk təhsilini də Buruc kənd tam orta məktəbində alıb. Vaxtı çatanda bütün həmyaşıdları kimi o da hərbi xidmətə yollanıb. Xidmət müddəti Ukraynanın Krım şəhərində keçib. Əsgəri borcunu ləyaqətlə başa vurduqdan sonra bərbər peşəsində çalışmaq qərarına gəlib. Ona görə də təcrübəli bərbər Zülfüqar ustanın yanında sevib-seçdiyi peşənin sirlərini öyrənib. Artıq 1989-cu ildən sərbəst olaraq çalışır.
    İlqar Sadıqov ailəlidir, 2 övlad atasıdır. Oğlu Təhmasibi və qızı Təhminəni öz halal zəhməti ilə böyüdüb.
    O, 1992-ci ildə Vətən göylərini qara buludlar alanda– birinci Qarabağ mühribəsində Vətənin müdafiəsinə qoşulub Qubadlı, Laçın, Füzuli, Ağdam, Ağdərə istiqamətlərində döyüşüb. Çətin sınaqlardan keçib. Yanında mina partlaması nəticəsində qantuziya alıb. Hazırda Qarabağ müharibəsi veteranıdır.
    Bu günlərdə İlqar Sadıqovla söhbət etdim. İş-gücündən, ailəsindən söz açdıq. Keçdiyi bir ömür yolundan şükranlıqla danışdı. Bildirdi ki, hazırda Tərtər şəhərində yaşayır. Xoşbəxt bir atadır, 2 gözəl nəvənin babasıdır. Çalışdığı bu sadə peşəsi ilə camaat arasında xətir-hörmət qazanıb. Buna görə də bərbərlik peşəsinin sirlərini ona öyrədən və sevdirən Zülfüqar ustaya minnətdarlığını bildirir.
    İlqar Sadıqova işində uğurlar arzulayırıq.

    Kənan Hüseynzadə

    Müəllif: Redaktor, 09:01

İsmarıclar bağlıdır.