Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16İyl

    Elmin 1998-ci il 1 noyabr tarixində Kəngərli kəndində doğulub. 3 qardaşın ikincisi olub. Sadə bir ailədə böyüyərək həm ailəyə, həm də Vətənə layıq bir oğul idi. Hərbi xidmətdə Vətəni müdafiə etmək bütün gənc oğlanlarımızın müqəddəs borcudur. Bu borcu şərəflə, ləyaqətlə yerinə yetirmək üçün əsgəri xidmət bir sınaqdır. Bu sınaqdan alnıaçıq, üzüağ keçən oğullarımızdan biri də Elmin Quluzadə olub.
    Elmin hərbi xdməti Bakı şəhərində təlim-tədris mərkəzində keçib. 2018-ci ildə hərbi xidmətini bitirdikdən sonra kənddə təsərrüfatla məşğul olub. Böyük qardaşı Murad müddətdən artıq xidmət etdiyi üçün o da ailəsinə, ata-anasına kömək olmağa çalışıb. 21 sentyabr 2020-ci ildə qismən səfərbərlik zamanı o da könüllü olaraq Orduya yazılıb.Bunu evdə heç kəsə bildirməyib. Valideynləri xəbər tutanda öz narazılıqlarını bildiriblər, lakin Elmini fikrindən daşındıra bilməyiblər. Sentyabrın 27-də döyüş başlayanda artıq o ermənilərə qarşı vuruşurdu. Suqovuşan istiqamətində gedən qanlı döyüşdə şücaət göstərirdi.Qazanılan qələbələri eşitdikcə qürür duyaraq mübarizəsini ürəklə davam etdirirdi. Qanlı döyüşlərin birində oktyabrın 14-də döyüş tapşırığını yerinə yetirərkən minamyot qəlpəsindən şəhid olub və 3 gün neytral ərazidə qalıb. Sonra onun nəşi həmin ərazidən əsgərlərimiz tərəfindən çıxarılıb. 17 oktyabrda kənd qəbristanlığında dəfn edilib.
    Şəhidin ailəsini ziyarət edərkən öyrəndim ki, Elminin atası Şəmsi də Birinci Qarabağ müharibəsinin iştirakcısı olub. Müharibənin nə demək olduğunu yaxşı bilir. Amma onu da bilir ki, bu 44 günlük müharibə fərqli bir müharibə olub. Birinci Qarabağ müharibəsində nə Ordumuz mükəmməl deyildi, nə də kifayət qədər texni-kamız var idi. 44 günlük müharibədə isə həm güclü Ordumuz, həm də cəsur döyüşçülərimiz, bir də tükənməyən xalq-ordu birliyi vardı. Bu müharibədə Elmin kimi oğullarımızın şücaətinin nəticəsidir ki, tariximizə qəhrəmanlıq səhifəsi – “Zəfər” qələbəsi yazıldı. Şəmsi atanın yarımçıq qalmış döyüş yolunu oğlu Elmin davam etdirərək torpaqlarımız uğrunda qan töküb, ən uca zirvəyə yetişib. Şəhidlik zirvəsinə. Ata oğlu haqqında dedi:
    –Elmin axırıncı dəfə bizimlə 14 oktyabrda telefon əlaqəsi saxlayıb. Tezliklə hər şeyin yaxşı olacağını bil-dirib. Ata sözünə davam edərək göstərdi ki, Elmin ailəmizin qayğıkeş, çox səmimi və mehriban övladıydı. Ev-eşiyimizdə, həyət-bacada nə iş görülməliydisə onu Elmin edərdi. İndi bizim əlimiz qalxmır ki, nəsə edək. Onun ömrü kimi görəcəyi işlər də yarımcıq qaldı.
    Elmin Quluzadə ölümündən sonra Ali Baş Komandanın sərəncamına əsa-sən “Vətən uğrunda” medalı ilə təltif olunub. Bu gün Kəngərli kəndinin şəhidləri ilə birgə Elminin də qəbri sakinlər tərəfindən ziyarət yerinə çevrilib. Axı, şəhidlər hər birimiz üçün unudulmazdır, qəbirləri isə ziyarət məkanımızdır. Ruhları şad, məkanları cənnət olsun!

    Səhifənin yazılarını hazırladı Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 09:09

İsmarıclar bağlıdır.