Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16İyl

                                                                                8 AYDAN SONRA QAYIDIŞ

    44 günlük Vətən müharibəsindən 8 ay keçməsinə baxmayaraq hələ də ata-ananın gözləri yolda, qulaqları səsdə qalmışdı. Hətta oğlunun axtarışında Bəhruz ata dəfələrlə iştirak etmişdir, hələ oğlunun döyüşdüyü Murovdağda namaz da qılmışdı. Oğlundan xəbər çıxmırdı ki, cıxmırdı. Gülnarə ana hər gələndən Qəmbəri soruşurdu ki, bəlkə oğlundan bir xəbər ala. Yenə gözləri yol gözləyirdi. Hər qaranlıq gecəni yola salanda, hər açılan sabahı axşam edəndə ümidlə oğlundan soraq gözləyirdi. Düz 8 ay idi ki, hamının gözləri yolda idi. Ata-ana bilirdi ki, oğulları bu səbrin yiyəsi deyil. Əgər sağ-salamat olsaydı, atadan, qardaşdan, həyat yoldaşından xəbər tutardı.
    Hərbiçi yoldaşlarından Bəhruz ataya deyən olmuşdu ki, Qənbər həmişə irəlidə gedən bir döyüşçü olub. Amma hələ bizə də məlum deyil ki, o hardadır. Qohum-əqraba onu əsir düşmüş kimi düşünürdü, nə vaxtsa qayıdacağını gözləyirdilər.
    … Hamının gözlədiyi Qənbər Qənbərli qayıtdı, amma tabutda qayıtdı! Murovdağda atası Bəhruzun namaz qıldığı təpənin yaxınlığında qar əridikdən sonra cəsədi tapıldı.
    Şəhidimiz ailədə 2 qardaş, 1 bacı idilər. Çox mehriban ailələrdən biri idi onların ailəsi. 3 övladın böyüyü idi Qənbər. Kəngərli tam orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdu. Liseyi müvəffəqiyyətlə bitirdikdən sonra Hərbi Akademiyanı–Bakı şəhərindəki Heydər Əliyev adına Ali Komandirlər məktəbini qurtarmışdı. 2016-cı ildən Gədəbəy və Şəmkir rayonlarında Zabit kimi çalışmışdı. Həmlə bölməsinin komandiri idi. Ailənin 2-ci oğlu Qorxmaz da hərbiçiydi. Orduda müddətdən artıq xidmət edirdi. 44 günlük Vətən müharibəsində 2 qardaş ikisi də döyüşürdü. Qənbər axırıncı dəfə sentyabrın 26-da qardaşı Qorxmazla telefon əlaqəsi saxlayıb və deyib ki, özünü qoru, hər şey yax-şı olacaq. Şıxarxdayıq. Tezliklə Qələbə bizim olacaq. Sentyabrın 27-də döyüş başlayanda Qorxmaz Tərtər Ağdərə istiqamətində, Qəmbər isə Göygöl istiqa-mətindən döyüşə qatılıblar. Güclü döyüşlər gedirdi. Oktyabrın 23-də Qorxmaz Ağdərə istiqamətində gedən döyüşlərdə düşmən məkrindən qaçıb qurtara bilmir. O, sol qolundan, kürəyindən, sağ ayağından yaralanır. Xeyli müddət Göygöl, Gəncə, Nefçala xəstəxanalarında müalicə alır. Çox can atsa da yaralı olduğu üçün hərbi hissəyə qayıda bilmir. Hazırda bədənində bir neçə qəlpə daşıyır.
    Qənbər isə Ermənilərə qan udduran bir oğul olub.
    Atası Bəhruz Qənbər haqqında yana-yana danışır:
    –Komandirin sözlərinə görə o, çox qəhrəmanlıqlar edib. Qənbər kəşfiyyatçı kimi düşmənin olduğu əraziyə keçərək qumbara ilə erməni postunu partladır, sanitar maşınını yandırır və xeyli sayda canlı qüvvənin itkisinə səbəb olur. Hətta Qənbər şəhid olduqdan sonran ermənilər rabitə ilə bizim hərbiçilərimizə xəbər verirlər ki, biz sizin gene-rala bərabər bir zabitinizi vurmuşuq.
    Ata oğlu haqqında danışaraq xatirədən-xatirəyə keçir. Deyir:
    –Sentyabrın 10-da ad günü idi. İcazə alıb gəlmişdi evə. Cibindən pul çıxarıb verdi ki, ata lazım olan ərzaqları al, ad günümü qeyd edək. Axırıncı dəfə özünə bir gözəl ad günü keçirdi.
    Qəmbər ailəli idi. 4 il idi ki, Bakı şəhərində yaşayan Nigar adlı qızla ailə qurmuşdu. Melisa adında bir qızı var, 3 yaşındadır. Çoxu kimi döyüş yoldaşları Şəkili Qurbanəli İsmayılov, Salyanlı Zamiq Qarayev də onu bölüyün ağsaqqalı hesab edirdilər. Hərbiçi dostları bildirirlər ki, əməliyyata birgə gediblər. Ermənilər 29 sentyabrda Qəmbəri Murovdağ yüksəkliyində snayperlə vurdular, həmin an dağdan aşdı, sonrasından xəbər tuta bilmədik.
    Qənbər ad günündən 8 ay keçəndən sonra qayıtdı. Özü də şəhid olaraq, ən şərəfli bir adla qayıtdı doğma kəndinə, – böyüyüb boya-başa çatdığı isti ocağına. Uğrunda şəhid olduğu torpağın qoynunda əbədi məskən saldı, kənd qəbristanlığında dəfn edildi.
    Qənbər Azərbaycan Ordusundakı xidmətlərinə görə “Ordunun yaranmasının 100 illiyi” medalına və fəxri fərmanlara layiq görülmüşdü. Ölümündən sonra isə döyüşlərdəki şücaətlərinə görə “Azərbaycan bayrağı” ordeninə, “İgidliyə görə”, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

     

    Müəllif: Redaktor, 09:28

İsmarıclar bağlıdır.