Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyl

    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2020-ci il 16 dekabr tarixli, 9/1 nömrəli qərarı ilə təsdiq edilmiş “2021-ci ildə yerli statistika orqanları üçün statistik işlər proqramı”na uyğun olaraq 2021-ci il iyunun 1-i vəziyyətinə rayon ərazisində dövlət və qeyri-dövlət kənd təsərrüfatı müəssisələri, həmçinin ailə kəndli və ev təsərrüfatları da daxil olmaqla bütün təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir.
    Hesabat məlumatlarına əsasən 2021-ci ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 25550.6 hektar olmuş və keçən illə müqayisədə 22 hektar və yaxud 0.1 faiz azalmışdır.
    Rayon üzrə əkin sahəsinin 9017.7 hektarını və yaxud 35.3 faizini dənli və dənli paxlalı bitkilərin, 5882.7 hektarını və yaxud 23 faizini texniki bitkilərin, 1624 hektarını və yaxud 6.4 faizini kartof, tərəvəz və bostan bitkilərinin, 9026.2 hektarını və yaxud 35.3 faizini yem bitkilərinin əkin sahələri təşkil etmişdir.
    Dənli və dənli paxlalılar. Dənli və dənli paxlalı bitkilərin 5295 hektarı (58.7%) buğda, 3505.2 hektarı (38.9%) arpa, 189.5 hektarı (2.1%) dən üçün qarğıdalı, 2 hektarı noxud, 24 hektarı lobya və 2 hektarı soya əkinlərindən ibarətdir.
    Carı ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 1865.1 hektar və yaxud 17.1 faiz, o cümlədən buğda əkini 761.9 hektar və yaxud 12.6 faiz, arpa əkini 1037.7 hektar və ya 22.8 faiz, dən üçün qarğıdalı əkini 34 hektar və ya 15.2 faiz azalmışdır. 2021-ci ilin məhsulu üçün rayon üzrə ən çox dənli və dənli paxlalı bitkilər Şıxarx (694 hektar), Bəyimsarov (660 hektar), Qarağacı (563 hektar), Hüsənli (520 hektar) inzibati ərazi dairələrində əkilmişdir.
    Dənli və dənli paxlalı bitkilərin əkin sahələrinin əsas hissəsini payızlıq dənli bitkilər təşkil edir. Belə ki, keçən ilin payızında dən və yaşıl yem üçün əkilmiş 8920.2 hektar sahədən 8800.2 hektar payızlıq dənli bitkilər cari ilin yaz əkini dövrünün sonunadək salamat qalmışdı ki, bu da ümumi dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 98.7 faizinə bərabərdir. Payızlıq dənli bitkilərin 54 hektarı yem üçün istifadə edildikdən sonra yerinə yazlıq bitkilər əkilmiş, 66 hektarı isə yem üçün saxlanılmışdır.
    Texniki bitkilər. Kənd təsərrüfatı bitkilərinin ümumi əkin sahəsinin 5882.7 hektarını və ya 23 faizini texniki bitkilər təşkil edir. Texniki bitkilərin 3440 hektarını və ya 58.5 faizini pambıq, 111.2 hektarını və ya 1.9 faizini şəkər çuğunduru, 2331.5 hektarını və ya 39.6 faizini dən üçün günəbaxan bitkilərinin əkin sahəsi təşkil etmişdir.
    Cari ildə texniki bitkilərin əkin sahəsi əvvəlki ilə nisbətən 747.9 hektar və ya 14.6 faiz, o cümlədən pambığın əkin sahəsi 459 hektar və ya 15.4 faiz, dən üçün günəbaxanın əkin sahəsi 479.4 hektar və ya 25.9 faiz artmış, şəkər çuğundurunun əkin sahəsi 190.5 hektar və ya 63.1 faiz azalmışdır.
    Kartof, tərəvəz və bostan bitkiləri. Ümumi əkin sahəsinin 1624 hektarı və yaxud 6.4 faizi kartof, tərəvəz və bostan bitkiləri əkinlərinin payına düşmüşdür. Bunun 413 hektarı (25.4%) kartof, 1211 hektarı (74.6%) tərəvəz bitkilərinin əkin sahələridir. Cari ildə kartof, tərəvəz və bostan bitkilərinin əkin sahəsi əvvəlki ilə nisbətən 179.5 hektar və ya 12.4 faiz, o cümlədən kartof əkini 36.5 hektar və ya 9.7 faiz, tərəvəz bitkilərinin əkini 143 hektar və ya 13.4 faiz artmışdır. 2021-ci ilin məhsulu üçün rayon üzrə ən çox Hüsənli (150 ha), Azadqaraqoyunlu (145 ha), Köçərli (106 ha), Tərtər (105 ha), Mamırlı (87 ha), Cəmilli (69 ha), Bəyimsarov (64 ha) inzibati ərazi dairələrində kartof, tərəvəz və bostan bitkiləri əkilmişdir.
    Yem bitkiləri. Ümumi əkin sahəsinin 9026.2 hektarını və ya 35.3 faizi yem bitkilərinin payına düşmüşdür. Yem bitkilərinin 124.7 hektarını (1.4%) birillik otlar, 1686.6 hektarını (18.7%) cari ilin çoxillik otları, 7215 hektarını (79.9%) keçən illərin çoxillik otlarının əkin sahəsi təşkil etmişdir.
    Cari ildə yemlik bitkilərin əkin sahəsi əvvəlki ilə nisbətən 915.7 hektar və yaxud 11.3 faiz artmışdır. Cari ilin çoxillik otlarının əkin sahəsi 307.4 hektar və ya 22.3 faiz, keçmiş illərin çoxillik otlarının əkin sahəsi 581.7 hektar və ya 8.8 faiz, birillik otların əkin sahəsi 66.6 hektar və ya 2.1 dəfə artmışdır.
    2021-ci ildə rayonda kənd təsərrüfatı bitkiləri əkininin 1509.2 hektarı və ya 5.9 faizi kənd təsərrüfatları müəssisələrində, 24041.4 hektarı və ya 94.1 faizi ailə kəndli və ev təsərrüfatlarında aparılmışdır. Ümumiyyətlə rayonda 2021-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin 98.4 faizi özəl sektorun payına düşür.

    Tərtər Rayon Statistika İdarəsi

     

     

    Müəllif: Redaktor, 10:28

İsmarıclar bağlıdır.