Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyl

    Milli Mətbuat Günü ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
    Tərtər rayon Gənclər Mərkəzində keçirilən tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda vermiş Vətən övladlarının və xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 44 günlük İkinci Qarabağ müharibəsindən, Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı qələbədən danışıb.
    “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək Vətən müharibəsi zamanı medianın fəaliyyətindən və rolundan danışıb.
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev media nümayəndələrini müqəddəs Qurban bayramı və Milli Mətbuat Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbay-can mediası 44 günlük müharibə dövründə daim ən təhlükəli yerlərdən reportajlar, xəbərlər hazırlamaqla xalqımızı ordumuzun uğurları, dünya ictimaiyyətini isə düşmənin təxribatları, yaşayış məntəqələrini artilleriya atəşinə tutaraq həyata keçirdiyi hərbi cinayətlər barədə məlumatlandırdı. Ordumuz hərb meydanında, jurnalistlərimiz isə informasiya savaşında düşmənə qalib gəldi.
    Media orqanlarının Qarabağ bölgəsində çalışan əməkdaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general–polkovnik Arzu Rə-himovun müvafiq əmri ilə “Hərbi vətənpərvərlik təbliğatında xidmətlərinə görə” fəxri fərmanı və xatirə pla-ketləri ilə təltif ediliblər.

     

    Müəllif: Redaktor, 11:06

İsmarıclar bağlıdır.