Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyl

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Azadqaraqoyunlu kəndində yaşayan 85 yaşlı şairə, publisist Nubar Mədətlinin evində olub, onun səhəti ilə maraqlanıb.
    Nubar Mədətli uzun illər Azadqaraqoyunlu kənd tam orta məktəbində müəllim işləyib. O, “Aşıq Pəri” məclisinin üzvü olub, 10-a yaxın kitab, yüzlərlə məqalə müəllifidir. O, xalq yaradıcılığının araşdırmacısı kimi bir sıra folklor nümunələri yaradıb, həm yerli mətbuatda, həm də respublika mətbuatında maraqlı yazılarla çıxış edib. Nubar xanım yaşının bu vaxtında da öz yaradıcılığını məsuliyyətlə davam etdirir, yeni-yeni bədii əsərlər yazır, folklor nümunələri axtarıb tapır. Nubar Mədətlinin şeirləri indi də oxucular tərəfindən maraqla oxunur.
    Onun 8 övladı, 20-yə yaxın nəvəsi var.
    Şairə icra başçısını gülərüzlə qarşılayıb, Vətən müharibəsində qazanılan Qələbədən sevinc göz yaşları içində danışıb, I Qarabağ müharibəsində şəhid olmuş şagirdi, Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovla bağlı xatirələrini bölüşüb.
    Təqaüdçülərə göstərilən diqqət və qayğıya, kəndarası yolların tikintisinə görə respublika Prezidenti cənab İlham Əliyevə, birinci vitse Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib

    Müəllif: Redaktor, 11:28

İsmarıclar bağlıdır.