Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Avq

    Məlum olduğu kimi, bu ilin avqust ayının 10-dan başlayaraq İslam dünyasında Məhərrəmlik başlayıb və müsəlmanlar 14 əsr öncə Kərbəla faciəsində şəhid olan İmam Hüseyn(ə) və tərəfdarlarına matəm saxlayır. Bu il Aşura günü avqustun 19-a, İmam Hüseynin şəhadətinin qırxıncı günü sentyabrın 27-nə təsadüf edir. Sentyabrın 8-dən isə Məhərrəmlik əyyamının ikinci ayı olan Səfər ayı başlayır. Səfər ayı oktyabrn 7-də başa çatacaq. Beləliklə, Məhərrəmlik ayı ənənəvi olaraq 60 gün davam edəcək.
    Məhərrəmlik ayı niyə 60 gün çəkir? Bu sualın cavabı bəziləri üçün məlum deyil. Qeyd edək ki, Məhərrəm ayı müqəddəs aylardan biridir. Bu ay Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biridir. Lakin Məhərrəm ayının 10-cu günü İslam tarixinə Aşura günü, İmam-Hüseyn əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının haqqı uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Aşuranın qırxıncı günündən sonra 10 gün də Səfər ayı üçün matəm günü hesab olunmasının da öz mənası var.
    İlk öncə qeyd edək ki, Səfər sözünün mənası (sifr) boşluq deməkdir. Belə ki, Məhərrəm ayında müharibə etməkdən çəkinən ərəb tayfaları Səfər ayından başlayaraq öz münaqişələrinə davam edib, müharibələr üçün hazırlıqlara başlayıblar. Bəzən bu ayı nəhs ayı kimi də qəbul edirlər. Lakin dini ekspertlər qeyd edir ki, bu inancın dini əsası yoxdur.
    Səfər ayında İslam aləmində çox mühüm hadisələr baş verib. Səfər ayının 1-i Siffeyin döyüşünün başlanması, 5-i Həzrət Rüqəyyənin şəhadəti, 9-u Əmmar Yasirin Siffeyində şəhid olması, 20-si İmam Hüseynin şəhadətinin “Ərbəin” (40 mərasimi) günüdür. Səfər ayının 28-də isə Həzrət Məhəmməd peyğəmbər (s.ə.s) və İmam Həsənin (ə) şəhadət gü-nüdür. Bu səbəbdən də adətən Səfər ayının “Ərbəin”dən sonrakı 10 günü də matəm günləri olaraq qəbul olunur.
    Qeyd edək ki, müsəlmanlar, xüsusən də şiə məzhəbinin nümayəndələri matəm ayları sayılan Məhərrəm və Səfər aylarında toy və şənlik mərasimləri keçirməkdən imtina edirlər.

     

    Müəllif: Redaktor, 11:05

İsmarıclar bağlıdır.