Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Avq

    Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş gizir Nicat İsgəndərovun məzarını doğum günündə ziyarət edərək önünə gül dəstələri düzüblər.
    Tədbirdə 2016-cı ilin Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, igid Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi şücaətdən, bir sıra vacib yüksəkliklərin və yaşayış məntəqələrinin azad edilməsindən, qazanılan tarixi qələbədən danışılıb.
    Məlumat verilib ki, Nicat Bəhruz oğlu İsgəndərov 1989-cu il avqustun 4-də Tərtər şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini başa vurduqdan sonra gizirlik məktəbində təhsil alıb. Sonra Vətənə xidmətini cəbhənin Füzuli istiqamətində davam etdirib. Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
    Sonra tədbir iştirakçıları şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.

     

    Müəllif: Redaktor, 11:31

İsmarıclar bağlıdır.