Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Avq

                                                                Ələkbərli Əkbər Ramiz oğlu

    Şəhidimiz Ələkbərli Ələkbər Ramiz oğlunun cənnətdəki ilk doğum günü münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, “Azərişıq” ASC-nin, veteranlar təşkilatlarının nümayəndələri, qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.
    Ələkbər Ələkbərli 28 iyul 1991-ci ildə Tərtər rayonunun Köçərli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanan Ələkbər hərbi xidmət müddətini bitirdikdən sonra müddətdən artıq xidmət qulluqçusu olaraq işini davam etdirib.
    Ələkbər 2020-ci il sentyabrın 27-dən Ermənistan ordusuna qarşı əks-hücm əməliyyatlarına qoşularaq işğal altında olan torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qatılıb. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb. Uzun müddət axtarılan Ələkbər Ələkbərlinin nəşi tapıldıqdan sonra 7 fevral 2021-ci ildə Tərtər rayonunun Köçərli kənd qəbiristanlığında dəfn edilib.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda mübarizə apardığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

                                                               Abbasov Xaliq Asif oğlu

    Vətən müharibəsində Qəhraman Tərtərin qəlbləri vətən eşqi ilə döyünən, arxa cəbhədə fəallığı və cəsurluğu ilə seçilən mülki şəhidləri Xaliq və Elşən Abbasov qardaşlarından Xaliq Abbasovun doğum günü qeyd edildi.
    Abbasov Xaliq Asif oğlu 24.07.1981-ci ildə Tərtər rayonunun Poladlı kəndində anadan olub. 28.09.2020-ci tarixdə mənfur düşmənlərin Tərtər rayonunun Şıxarx qəsəbəsini artileriya atəşinə tutması nəticəsində şəhid olub.
    Tərtər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, veteranlar təşkilatlarının nümayəndələri, şəhidin yaxınları və qazilər şəhidlərin məzarlarını ziyarət edərək önlərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar. Sonra şəhidlərin ailəsini ziyarət edərək qayğıları ilə maraqlanıblar.
    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

    Müəllif: Redaktor, 11:38

İsmarıclar bağlıdır.