Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Avq

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən 11 km uzunluğu olan “EvoğluAzadqaraqoyunlu-Aşağı Qapanlı-İlxıçılar-Köçərli” kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb.
    Azərbaycan Avtomobil Yolları Agentliyi artıq yolun çəkilişinə başlayıb. Çəkilən yol 10 metrə qədər genişləndirilib, yolun 6 metri hərəkət hissəsi, 2 metr isə çiyin hissələridir. Artıq yola iki laydan ibarət asfaltbeton örtüyü döşənir. Yol boyu avtobus dayanacaqları, yol nişanları quraşdırılacaq, hərəkətin normal təşkili üçün lazimi işlər görüləcək.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni qurulan avtomobil yolunun çəkilişi ilə bağlı Azadqaraqoyunlu kəndində olub, görülən işlərlə tanış olaraq sakinlərlə söhbət edib, onların problemlərini dinləyib.
    Kənd sakinləri Natiq Umudov, Xuraman Məmmədova, Həqiqət Əliyeva, Yaqub Məmmədov, Mahirə İsmayılova və başqları kəndarası avtomobil yollarının tikintisi ilə bağlı ölkə rəhbərliyinə və yol işçilərinə öz minnətdarlıqlarını bildiriblər.
    Qeyd olunub ki, yeni yolun çəkilişi sakinlərin mənzilbaşına daha tez çatmasına, vaxt itkisinin aradan qaldırılmasına səbəb olacaq, insanların maddi-rifah halını daha da yüksəlməsinə təsir göstərəcək.

     

    Müəllif: Redaktor, 11:49

İsmarıclar bağlıdır.