Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Avq

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini qəbul edib.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri yerində həll olunub.
    Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi, əkin sahələrinin, həyətyani sahələrinin suvarılması, özünüməşğulluq problemləri, ünvanlı sosial müavinət ala bilməmələri və sair məsələlərlə bağlı icra başçısına müraciət ediblər.
    İcra başçısı Respublika Prezidentinin 06 iyul 2021-ci il tarixli Sərəncamları ilə bağlı məlumat verib, vətəndaşlara tezliklə onların şəxsi əmlaklarına dəymiş ziyanla əlaqədar kompensasiyaların ödəniləcəyini bildirib, əsassız müraciətlərə müvafiq izahatlar verilib.
    Rayon sakinləri görülən işlərə görə və Vətən müharibə-sində şəxsi əmlaklarına dəymiş ziyanın ödənilməsi ilə bağlı ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 11:52

İsmarıclar bağlıdır.