Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Avq

    “Yeni Tərtər” qəzetinin redaksiyasinda Tofiq Yusif başda olmaqla işinin öhtəsindən gələn peşəkar kollektiv çalişir. Bu kollektiv istər Birinci Qarabağ istərsə də, İkinci Qarabağ müharibəsində işgüzar əmək sərf edərək, çox gərgin bir şəra-itdə fəaliyyət göstərmişdir. “Yeni Tərtər” qəzeti çox bö-yük nailiyyətlərə imza atmışdır, qəzet bütün sahələrdə – təhsil, sosial-iqtisadi, siyasi və mədəni sahələrdəki problemlərə toxunur, bu-nunla yanaşı Tərtərin quruculuq işləri haqqında da oxuculara geniş məlumatlar verir.
    Bu gun də “Yeni Tərtər” qəzeti Vətən müharibəsində qələbə sevincini bizlərə yaşadan qazilərimizin, şəhidlərimizin döyüş yolları haqqında məlumat verməklə yanaşı, onların problemlərinin həllində də mühüm rol oynayır. Qəzet Qarabağ müharibələri zamanı ordumuza maddi və mənəvi dəstək olan Tərtər camaatının göstərdiyi fədakarlıqları geniş işiqlandırıb.
    Qəzət Tərtər təhsilinin inkişafinda əməyi olan müəllimlərimizin qiymətləndirilməsində və işıqlandırılmasında önəmli rol oynayır.
    Qəzetin bir oxucu kimi məni qane edən əsas cəhəti odur ki, bir çox məsələlərə tənqidi münasibət bəsləyir, gənclərə dəstək olur və istedadlı insanların irəli çəkilməsində təqdirəlayiq rol oynayır.
    Redaksiyada çalısan bir qrup gənclərin fəaliyyəti buna bariz nümunədir.
    İstərdim ki, bundan son rada qəzetdə qaranlıq məqamlara işıq salınsın, əsasən də müharibədən sonra qazilərin , şəhid ailələrinin problemləri ilə bağlı həssas mövzulara daha çox yer verilsin.
    Tərtərin kifayet qədər şəhidi olsa da, ayrıca şəhidlər xiyabanı yoxdur çox istəyərdim ki, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinə aid xatirə lövhəsi yaradılsın. Diqqətdən kənarda qalan Vətən oğullarının dö-yüş qəhrəmanlıqlarından gənc nəsillərə örnək olmaq üçün daha çox yazılsın.
    Tofiq müəllim başda olmaqla qəzetin bütün redaksiya kollektivinə can sağlıgı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
    Qəhrəman Tərtərin Qəhrəman qəzeti, 16 yaşın düşərli və mübarək olsun!

    Sən Qəhrəman Tərtərimin adaşısan
    Ötüb-keçən o illərin qardaşısan.
    Təsəllini səndə tapan hər bir kəsin
    Güman yeri, ürək dostu, sirdaşısan.
    Sən tarixin görən gözü, qan yaddaşı,
    Sənə sərhəd çəkə bilməz nadan, naşı.
    Sən qəhrəman şəhərimin tarix yazan   bir nəqqaşı,
    Bu şəhərin müsibətlər çəkib baş
    Biz səninlə fəxr edirik hər birimiz,
    Düşmənlərə baş əymiyən Tərtərimiz!
    Bu gün sənin övladının ad günüdü,
    Mübarəkdir bu qəzetin yeni yaşı!

    Qızbəsbəs Hüseynova,
    Umudlu kənd tam orta
    məktəbin müəllimi

     

    Müəllif: Redaktor, 09:46

İsmarıclar bağlıdır.